Ömrü uzatmağın asan yolu tapıldı

Ömrü uzatmağın asan yolu tapıldı Mütəxəssislər yaşı 40-dan yuxarı olan 4840 nəfərin müayinə nəticələrini təhlil edib

 

ABŞ-ın Dük universitetinin alimləri qısa müddətli fiziki yüklənmənin ürək-damar xəstəlikləri və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını öyrənib.

Araşdırma haqqında elmi məqalə “Journal of the American Heart  Association” jurnalında dərc olunub.

Mütəxəssislər yaşı 40-dan yuxarı olan 4840 nəfərin müayinə nəticələrini təhlil edib. Könüllülər üzərində aparılan müşahidələr 2003-2006 illəri əhatə edib. Sınaqlarda iştirak edənlər gündəlik fiziki yüklənmə səviyyəsinin ölçülməsi məqsədilə akselometrlərlə təchiz olunub.  

2011-ci ildə onlardan 4140 nəfəri sağ qalıb.

Məlum olub ki, fiziki aktivliyi günə 20 dəqiqədən az olan insanlarda erkən ölüm riski ən yüksək olub. Habelə bir saata yaxın fiziki fəallıq erkən ölüm riskini iki dəfə azaldıb.

Gündəlik 100 dəqiqəlik fiziki yüklənmə bu riski ümumiyyətlə 76 faiz azaldıb.  Sınaqda iştirak edən yaşlıların sağlamlığına mütəmadi olaraq lift əvəzinə pilləkanlardan istifadə və sürətli yeriş müsbət təsir göstərib.

Mənbə:oxu.az

Sağlamlıq   Baxılıb: 1644   Tarix: 2018-03-23



DİGƏR MARAQLI XƏBƏRLƏR