İran Rusiyanın yaratdığı Avrasiya Birliyinə daxil olur

İran Rusiyanın yaratdığı Avrasiya Birliyinə daxil olur İran parlamentinin sədri Məhəmməd Kalibafın ölkənin Avrasiya İqtisadi İttifaqına daimi üzvlüyə hazırlaşması ilə bağlı açıqlama verib.

Xatırladaq ki, 10 fevralda Moskvadan qayıdan İran İslam Respublikası (MRİ) İslami Məşvərət Şurasının sədri Məhəmməd Baker Kalibaf Tehranın lazımi danışıqları apardığını və Aİİ-yə daimi üzvlüyə hazırlaşdığını söyləmişdi. 

Məlumat üçün qeyd edək ki, bu günə qədər İranın Avrasiya İqtisadi Birliyi (AİB) ilə 2019-cu ilin payızında qüvvəyə minən sərbəst ticarət zonası haqqında müvəqqəti bir müqaviləsi var. Müqavilə güzəştli ticarət rejiminin qurulmasını nəzərdə tutur. Buna görə AİB ölkələri İran malları üçün orta hesabla 3,1% gömrük tarifi və İran isə  müttəfiq dövlətlər üçün 12,9% tarifi tətbiq edilir. Ümumilikdə, güzəştli qaydada İran AİB-ə ixrac olunan 502 adda malına və Aİİ ölkələrindən İrana ixrac olunan 360 adda mal daxil olmaqla 862 növ mala tətbiq olunur. Razılaşma üç il müddətinə bağlanmışdır, bu müddət ərzində tərəflər AİB ilə Vyetnam arasında mövcud olana bənzər bir tam hüquqlu ticarət zonası yaratmağı planlaşdırırlar.

Avrasiya iqtisadi Birliyi əvvəlki bir sıra inteqrasiya layihələrinin (1995-ci il Gömrük İttifaqı, Avrasiya İqtisadi Birliyi, 2010-cu ildə Rusiya, Qazaxıstan və Belarusiya Gömrük İttifaqı, Birgə İqtisadi Məkan) davamı olaraq, postsovet dövlətlərinin birliyi hesab edilir. Bu mənada Avrasiya Birliyi yalnız bir iqtisadi birlik kimi təsəvvür edilməsi mümkün deyil. Rusiya üçün Avrasiya Birliyi, Avropa İttifaqına alternativ sayılaraq keçmiş SSRİ-nin öz orbitində saxlamağı bacardığı ölkələrə təsirini qorumaq üçün bir vasitədir. Buna sübut olaraq Avropa İttifaqında olduğu kimi Avrasiya Birliyinin də özünün Parlamentinin və digər siyasi qurumlarının yaradılması haqda Moskvanın cəhdlərini göstərmək olar. Lakin bu cəhdlər Qazaxıstan və Belarusiyanın öz suverenleyini itirmək qorxusu səbəbindən göstərdikləri müqavimətə görə bu günədək də mənasız qalmışdır. Rusiyanın ərazinin böyüklüyünün, iqtisadiyyatının həcminin və Avrasiya Birliyi ölkələrinin əhalisinin 3/4-dən çoxunu təşkil etməsi, coğrafi yerləşməsinə görə birliyin bütün üzvləri arasında təbii bir əlaqə rolunu oynayır və nəqliyyat əlaqələrini təmin edir. 

Ancaq İranın bu birliyə daxil olması Rusiyanın güc mərkəzini pozmaqla təhdid edir. Birliyin həqiqi üzvü olaraq Tehranın meydana çıxması ikinci bir güc mərkəzinin meydana çıxması deməkdir. İranın Birlik içindəki hərbi, iqtisadi və demoqrafik potensialı Rusiya Federasiyası qədər əhəmiyyətli olmasa da, ancaq birliyin digər bütün üzvlərinin cəmindən daha çox olacaq. Nəticədə, son beş ildə qurulmuş maraqların idarə edilməsi və uyğunlaşdırılması mexanizmi yenidən formalaşdırmaq lazım gələcək. Heç vaxt SSRİ-nin və ya sosialist dövlətlərin blokunun bir hissəsi olmayan İran tamamilə fərqli bir mədəniyyətə sahib bir ölkədir. 83 milyonluq əhalisi olan İran, demoqrafik tarazlığı müsəlmanların lehinə güclü şəkildə dəyişdirəcək, bu da birliyin mədəni və siyasi imicinə, maraqlarına və qərarlarına təsir göstərəcək.

Avrasiya Birliyinə tam üzv olmaq, birliyin üzvü olan ölkələrin vətəndaşlarına, əmək müqaviləsi bağlanması şərti ilə, birliyin istənilən ölkəsində məhdudiyyətsiz müddətdə işləmək imkanı verən ümumi əmək bazarına qoşulmağı nəzərdə tutur. 2020-ci ildə əhalisinin 15 yaş və üzərindəkiləri 61,7 milyon nəfər təşkil edən və işsizliyi 10% ( gənclər arasında - təxminən 25%) olan İran (Rusiya Federasiyasında isə 6%) Rusiya bazarları üçün (75 milyon nəfər) ucuz işçi qüvvəsi olacaqdır. 

İqtisadiyyat   Baxılıb: 1249   Tarix: 2021-03-05



DİGƏR MARAQLI XƏBƏRLƏR