İran və Çin yeni güc mərkəzi yaradır

İran və Çin yeni güc mərkəzi yaradır Çin və İranın ticarət, siyasət, mədəniyyət və təhlükəsizlik sahələrində 25 illik strateji tərəfdaşlığa dair sənəd imzalayıb.

Yaxın Şərq Pekinin ABŞ hegemonluğuna qarşı çıxa biləcəyi növbəti döyüş bölgəsidir – bu dəfə İran vasitəsilə. Çünki razılaşma və onun nəticələri iqtisadi sahədən və ikitərəfli münasibətlərdən kənara çıxır: daxili, regional və qlobal səviyyədə fəaliyyət göstərir. 


Bu Razılaşmaya  neft və qazın Çinə satılmasını təmin etməklə, sanksiyalara məruz qalmış, nağd pul qıtlığı çəkən İran üçün iqtisadi xilasetmə kəməri ola bilər. Çin üçün isə bu pakt enerji təhlükəsizliyinə zəmanət verə bilər. Çünki Fars körfəzi Çinin enerji ehtiyacının yarıdan çoxunu təmin edir. Çinin Fars körfəzi bölgəsindəki  ərəb neft tədarükçüləri ABŞ-la sıx təhlükəsizlik əlaqələrinə malikdirlər. Onlardan Səudiyyə Ərəbistanı 2020-ci ilin may ayında Çinə gündəlik 2,16 milyon barel neft ixrac etməklə yeni bir rekord vurdu. Bu asılılıq Çinin enerji mənbələrini şaxələndirmək və bir tədarükçiyə etibar etməmək siyasətinə ziddir. 


Çin-İran əlaqələri, ABŞ-ın təsirini daha da zəiflədərək, İran və Çinin xeyrinə bölgənin siyasi mənzərəsini dəyişdirəcək. Bundan başqa Çin Fars körfəzi vasitəsilə naviqasiya azadlığının təmin edəcək. İran tərəfi isə Fars körfəzində Çinin imkanlarını genişləndirərək, bundan Qərblə mümkün gələcək danışıqlarda sövdələşmə aləti kimi istifadə edə biləcək.


Çin-İran strateji tərəfdaşlığı, Cənubi Asiya da daxil olmaqla, qonşu bölgələrə də təsir edəcək. Məlumat üçün qeyd edək ki, 2016-cı ildə Hindistan və İran strateji Çabahar limanına sərmayə qoymaq və cənub-şərqdəki liman şəhərini Zahedanla birləşdirən və Hindistanı dəniz yolu ilə Əfqanıstan və Orta Asiyaya birləşdirəcək bir müqavilə imzalayıb. İran indi Hindistanı ABŞ-ın təzyiqi altında sərmayələrini təxirə salmaqda günahlandırır və Hindistanı layihədən kənarlaşdırıb. İran rəsmiləri Hindistanın Çabahar-Zahedan layihəsindən çıxarılmasını Çinlə 25 illik yeni sövdələşmə ilə əlaqələndirməkdən imtina etsə də, görünür, Hindistanın Vaşinqtonla yaxın əlaqələri bu qərara səbəb olub.


Yeni Çin-İran münasibətləri Pakistanın “gəmiyə minəcəyi” təqdirdə, Hindistanın bölgədəki maraqlarına xələl gətirəcək. Mövcud Çin-Pakistan İqtisadi Dəhlizinin şimal, qərb və cənub qollarının genişləndirilməsi və Pakistandakı Qvadar limanını Çabahara, sonra isə Avropa və Orta Asiyanı İran vasitəsilə, vahid dəmir yolu şəbəkəsi ilə birləşdirmək təklifinin həyata keçirilməsi daha çox ehtimal olunur. 

 

İqtisadiyyat   Baxılıb: 1061   Tarix: 2020-08-13



DİGƏR MARAQLI XƏBƏRLƏR