İşıq sayğacların ikiqat sərfiyyat hesablaması mümkündürmü?

İşıq sayğacların ikiqat sərfiyyat hesablaması mümkündürmü? Təsadüfən aşkar edilib ki, ev elektrik sayğacı öz elektron rəqəmlərinin impulslarını səhv hesablamasına görə iki qat artıq yazır.

Fotoda — adi elektrik sayğacının nümunəsi. “A=3200imp/ (kw*h)” rəqəmləri yaşıl çərçivəylə dairələnib.
Bu o mənanı verir ki, sayğacda «A=3200imp/(kw*h)» hansı ki, fotoda qırmızı oxla qeyd edilmişdir (qeyd-:”A” müxtəlif sayğaclarda müxtəlif olur).
Məhz bu elektron impulslar sayğacın mexaniki təkərləriylə hesablanırlar. Başqa sözlə, hər 3200 impuls bir kilovatt*saat hesablayır.
Lakin əvvəlcədən qeyri-düzgün quraşdırılma nəticəsində impulsların sayı azalar və nəticədə artıq hesablanma qeydə alınar.
Mütəxəssislərin fikrincə, həmin sayğacları laboratoriya şəraiti olmadan belə, peşəkar mütəxəssis tərəfindən ikiqat yazmaya ayarlamaq olur.

rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz AzEuroNews.com-a bildirdi ki, belə hallar mümkündür və bu, sayğaclara müdaxilə metodlarından biridir.

“Azərişıq” rəsmiləri mətbuata açıqlamasına görə mexaniki və elektron sayğacların sərfiyyat hesablamasında fərq yoxdur: “Sadəcə mexaniki sayğaclar kobud, elektron sayğaclar həssas hesablama aparır. Azərişıq”ın quraşdırdığı sayğaclara yalnız fiziki müdaxilə mümkündür ki, onu sındırmaq olar. Amma sayğacın yaddaşına kənar müdaxilə mümkün deyil”.

İqtisadiyyat   Baxılıb: 1075   Tarix: 2020-05-09



DİGƏR MARAQLI XƏBƏRLƏR