İşsiz şəxslərdən kimlərə coronavirusla əlaqədar birdəfəlik ödəmə veriləcək?

İşsiz şəxslərdən kimlərə coronavirusla əlaqədar birdəfəlik ödəmə veriləcək? Birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.

Birdəfəlik ödəmə işsiz statusuna uyğun olmayanlar və dövlətdən hər hansı sosial ödəniş alanlar üçün nəzərdə tutulmayıb.

Başqa sözlə desək, birdəfəlik ödəmə aşağıdakı şəxslərə verilməyəcək:

-Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; 
-Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; 
-Sahibkarlar (VÖEN-i olanlar);
-Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);
-Əyani təhsil alan tələbələr 
-Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b. 

Yəni, birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq.  

Məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur

 

İqtisadiyyat   Baxılıb: 1333   Tarix: 2020-04-07



DİGƏR MARAQLI XƏBƏRLƏR