“Bank Avrasiya” “aradan çıxır”?

“Bank Avrasiya” “aradan çıxır”? “Bank Avrasiya” nın maliyyə göstəriciləri getdikcə pisləşir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının bankı kimi tanınan bu bank ötən il R.Aslanlı vəzifəsindən uzaqlaşdırılan kimi, ilin sonuna olan maliyyə göstəricilərində zəifləmə müşahidə olunmağa başladi. Xatırladaq ki, vəzifədən kənarlaşdırılan R.Aslanlının ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumatlar yayılandan sonra Baş prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəsmi olaraq, onun barəsində araşdırma aparıldığını bəyan edib. “Bank Avrasiya”nın İdarə Heyətinin sədri olan Fuad Aslanlı Rüfət Aslanlının kiçik qardaşıdır və 2007-ci ildən bu vəzifəni daşıyır. 

Bankın öhdəliklərindəki azalma ilk növbədə müştəri depozitlərinin azalıması ilə əlaqədardır. Belə ki, hesabat dövründə müştəri depozitləri 9 mln. 221 min manat və ya 27 faiz azalaraq, 23 mln. 890 min manata enib. Bu o deməkdir ki, müştərilər bankdan 9 milyon manatdan artıq pullarını çəkiblər. 

“Bank Avrasiya” nın maliyyə durumunun ürəkaçan olmadığını göstərən daha bir məqam bankın mənfəətinin kəskin şəkildə azalmasıdır. Belə ki, 2019-cu ilin birinci rübündə bankın xalis mənfəəti demək olar ki, 0-a yaxın olub – cəmi 14 min manat.

Qeyd edək ki, “Bank Avrasiya”nın 2018-ci ilin yekunlarını əks etdirən hesabatına diqqət yetirəndə görünür ki, bankın 2018-ci ildə mənfəəti 2017-ci illə müqayisədə 1 milyon 168 min manat azalıb. O cümlədən bankın qeyri-faiz gəlirləri kəskin şəkildə azalaraq, 3 milyon 314 min manatdan 1 milyon 425 min manata enib.

Qeyri-faiz gəlirləri əsasən valyuta mübadiləsindən, kartlardan, komissiya haqlarından və s. yığılan vəsaitlər hesabına formalaşır. Bu o deməkdir ki, ya ötən il bankın xidmətlərindən istifadə edən qurumların sayında, ya da valyuta mübadiləsindən daxil olan gəlirlərdə ciddi azalma olub. İstənilən halda, qeyri-faiz gəlirlərinin 2 dəfədən çox azalması bir bank üçün olduqca mənfi tendensiyadır. Həmçinin, bankın qeyri-faiz xərcləri də artaraq, 4 milyon 634 min manatdan 5 milyon 5 min manata qalxıb.

https://afn.az

 

Siyasət   Baxılıb: 1187   Tarix: 2019-05-03



DİGƏR MARAQLI XƏBƏRLƏR