“Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək” – İlham Əliyev

“Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək” – İlham Əliyev Prezident İlham Əliyev bunu mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışı zamanı tibb ocağının kollektivi ilə görüşündə bildirib.

Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır. Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır.

https://azertag.az

 

Siyasət   Baxılıb: 1071   Tarix: 2019-05-07



DİGƏR MARAQLI XƏBƏRLƏR