“Google Pixel 5” telefonunun göstəriciləri təqdimatdan əvvəl internetə sızdı

“Google Pixel 5” telefonunun göstəriciləri təqdimatdan əvvəl internetə sızdı “Google”un yeni qabaqcıl smartfonu “Pixel 5”in təfərrüatları rəsmi təqdimatından bir həftə öncə internetə sızdırılıb

Bu barədə məlumatı “WinFuture” yayıb.

Məlumata görə, rəsmi olaraq “Google Pixel 5” “dördlüyün” varisi hesab edilsə də, yeni smartfon flaqman platformasında deyil, “Snapdragon 765G” prosessorunda qurulub. Bununla belə, smartfonda beşinci nəsil mobil şəbəkənin olacağı vəd olunub. “Pixel 5”in daxili yaddaşı 128 GB və operativ yaddaşın isə 8 GB olacağı gözlənilir.

Bundan başqa, smartfon 6 düymlü 2340x1080 piksel ölçülü OLED-displey əldə edəcək. O, görüntünü 90 Hs tezliklə yeniləyə biləcək.

Qeyd olunub ki, 8 meqapiksel ön kamera matrisə yerləşdirilib. Əsas kamera modulu dəbə zidd olaraq ikisensorlu olacaq: əsas 12,2 meqapiksel və ultra geniş bucaqlı 16 meqapiksel. Smartfon “Pixel” seriyasının digər modellərindən fərqli olaraq irihəcmli batareyaya sahib olacaq: saatda 4080 MA.

Yeni flaqman “Pixel”in Avropada 629 avrodan satılacağı gözlənilir.

Qeyd edək ki, “Google Pixel 5”in təqdimatı sentyabrın 30-da keçiriləcək.

İqtisadiyyat   Baxılıb: 1054   Tarix: 2020-09-25



DİGƏR MARAQLI XƏBƏRLƏR