“Kontakt Home” müştəriləri aldadır? — VİDEO

“Kontakt Home” müştəriləri aldadır? — VİDEO Paytaxt sakini Babək Cəfərov "Kontakt Home”nin şok fırıldağının üstünü açması barədə sosial şəbəkədə paylaşım edib

Bildirib ki, ilyarım əvvəl hər ay 27 manat ödəməklə kreditə 250 manatlıq telefon alıb. Son ödəməsini bu il martın 24-də şirkətə ödəyib və kreditini bağlayıb. 

Lakin 1 gün sonra telefonu işləməyib. Bəlli olub ki, Kontakt Home telefonu deaktiv edib. Maraqlandıqda isə bunu onunla izah ediblər ki, guya kreditdə olduğu müddət ərzində telefon şirkətin balansında imiş, indi Babək Cəfərovun adına keçib. Və buna görə də o əlavə 20 manat pul ödəməklə telefonu aktiv etməlidir.

"Bu nə dərəcədə düzgündür və hansı etik normalara sığır?” – deyə istehlakçı sual edir: 

"Hesab edirəm ki, bu şirkətdən ümumiyyətlə telefon almağa dəyməz. Çünki 250 manatlıq telefon üçün 500 manat pul ödənilib, amma bu azmış kimi daha 20 manat da tələb edirlər”.

Qarşı tərəfin fikrini dinləməyə hazırıq

Keyfiyyət   Baxılıb: 1197   Tarix: 2019-03-30



DİGƏR MARAQLI XƏBƏRLƏR