“Moody's”: Bank sektorunun faizi dörd bankın nəzarətindədir

“Moody's”: Bank sektorunun faizi dörd bankın nəzarətindədir 2017-ci ilin yekununda dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aktivləri ölkənin bank sektorunun aktivlərinin 31%-ni təşkil edib.

 

2017-ci ilin yekununda dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aktivləri ölkənin bank sektorunun aktivlərinin 31%-ni təşkil edib. 

Equalpress.az xəbər verir ki, bunu “Moody's” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.

Məlum olub ki, bu, 2016-cı ilin yekunu ilə müqayisədə səkkiz faiz bəndi azdır.  Ölkənin üç ən güclü özəl bankı - “PAŞA Bank”, “Kapital Bank” və “Xalq Bank” ASC-lər isə birlikdə aktivlərdə 31% paya malikdir. Qalan 26 bank isə aktivlərin 38%-nə nəzarət edir. 

Pyotr Paklin Azərbaycan depozitlərin dollarlaşma göstəricisinə də toxunub. Deyib ki, depozitlərin dollarlaşmasına görə, Azərbaycan MDB məkanında birincidir: 

“2017-ci ilin yekununda depozitlərin 72,4%-i dollarda olub. Bu rəqəm 2016-cı ilin yekununda 75,3% təşkil edib”.

İqtisadiyyat   Baxılıb: 1627   Tarix: 2018-05-24



DİGƏR MARAQLI XƏBƏRLƏR