“Uşağı müəllim döyməyib, yıxılıb başı dəyib” - Rəsmi açıqlama

“Uşağı müəllim döyməyib, yıxılıb başı dəyib” - Rəsmi açıqlama Bakı Şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb xəstəxanalıq etməsi ilə bağlı xəbərə münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqlədiyi fakta görə VII sinif şagirdi Aqşin Hüseynzadə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat rəhbərinin Equalpress.az saytına verdiyi açıqlamada bildirilir ki, aprelin 12-si saat təxminən 11:30 radələrində  Qobustan qəsəbəsindəki 321 saylı məktəbin VII sinif şagirdi Aqşin Hüseynzadənin riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı dəyib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da şagirdin vəziyyətinin yaxşı olduğunu bildirib.

Gündəm   Baxılıb: 1069   Tarix: 2019-04-12



DİGƏR MARAQLI XƏBƏRLƏR