Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Mərkəzi Bank arasında müqavilə imzalanıb

 Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Mərkəzi Bank arasında müqavilə imzalanıb Bu müqavilə üzrə fəaliyyət, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində aparılan rəqəmsal maliyyə xidmətləri üçün infrastrukturun yaradılmasını daxil edir.

IFC AMB ilə birlikdə bank və müəssisələrin innovativ maliyyə xidmətləri və məhsullarını sınaqdan keçirməyə icazə verən xüsusi tənzimləyici test rejiminin yaradılması üzərində işləyəcək. Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyəcək və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradacaq.
Fəaliyyət bank xidmətlərinə çıxışı olmayan, xüsusilə də ölkədə bank filiallarının olmadığı ucqar yerlərdə yaşayan şəxslərin faydalanması məqsədilə həyata keçiriləcək. Eyni zamanda, rəqəmsal maliyyə xidmətləri barədə məlumatlılığın artırılması və ölkədə maliyyə savadlılığının yüksəlməsinə dəstək verilməsi başlıca hədəflərdən olacaq.

 

İqtisadiyyat   Baxılıb: 1031   Tarix: 2020-08-18



DİGƏR MARAQLI XƏBƏRLƏR