2019-cu il Yaponiya Dövlət Təqaüd proqramı üzrə təhsil almaq istəyən şəxslərin nəzərinə (Elmi- tədqiqat proqramı)

2019-cu il Yaponiya Dövlət Təqaüd proqramı üzrə təhsil almaq istəyən şəxslərin nəzərinə (Elmi- tədqiqat proqramı) Bu proqram 2019-cu il aprel və ya oktyabr ayından başlayaraq adətən 2 il ərzində Yaponiya universitetinin magistr və ya doktorantura proqramına rəsmi qeydiyyatsız tələbə statusunda (tədqiqatçı tələbə) təhsil üçün nəzərdə tutulmuş proqramıdır.

 

Bu proqram 2019-cu il aprel və ya oktyabr ayından başlayaraq adətən 2 il ərzində Yaponiya universitetinin magistr və ya doktorantura proqramına rəsmi qeydiyyatsız tələbə statusunda (tədqiqatçı tələbə) təhsil üçün nəzərdə tutulmuş proqramıdır.

 Birbaşa magistr və ya doktorantura mərhələsinə də müraciət etmək mümkündür. Lakin, MEXT və qəbul edən universitetin qərarından asılı olaraq birbaşa magistr və ya doktorantura mərhələsi üzrə deyil, tədqiqatçı tələbə kimi (rəsmi qeydiyyatsız tələbə) təhsilə başlamaq olur (keçən il qalib gəlmiş hər 3 azərbaycanlı tələbə “tətqiqatçı tələbə”kimi Yaponiyaya getmişlər). Tətqiqatçı tələbə kimi qəbul olunduqdan sonra, tələbə həmin müddət ərzində öz universitetinin magistratura və ya doktorantura pilləsinə (universitetə qəbul üçün gəldikdən yarım il və ya 1 il sonra universitetə qəbul olmaq üçün lazım olan prosedurlara başlayır. Bunun üçün tələbənin yaxşı nəticələrinin olması da tələb olunur) müraciət edir və uğurlu nəticə qazanarsa qəbul olaraq təhsilini davam etdirir.

Yaponiyaya gəldikdən sonra, universitetə müraciətiniz qəbul olunarsa qalmaq müddətini uzatmaq mümkündür.

 Universitet seçimi üçün müraciətçinin öncədən “Təhsil almaq istədiyi universitlərə dair seçim formasını” təqdim etməyi gərəkdir. Səfirlik tərəfindən keçirilən birinci seçim mərhələsindən sonra, yalnız müvəffəq olmuş müraciətçilər özləri arzuladıqları universitetin professorları ilə əlaqə saxlayıb, “Qəbul sənədini” əldə etməlidir.

İxtisas seçimi müraciətçinin təhsil aldığı ixtisas və ya əlaqədar sahə üzrə olub, Yaponiya universitetində tədqiqat apara biləcəyi sahədə olmalıdır.

Təqaüd proqramına daxil olan ödənişlər:

Yaponiyaya gediş və qayıdış biletləri

Təhsil haqqı

Aylıq təqaüd (Elmi- tədqiqat aparan tələbələr üçün: 143000 yapon yeni və ya 2228 AZN)
                           (Magitr tələbələri: 144000 yapon yeni və ya 2244 AZN)
                           (Doktorantura tələbələri: 145000 yapon yeni və ya 2260 AZN)

Son müraciət tarixi 30 may 2018-ci il

 


 

Gündəm   Baxılıb: 1609   Tarix: 2018-05-05



DİGƏR MARAQLI XƏBƏRLƏR