28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür

28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür və ya ZƏİF İŞ ŞƏRAİTİNİN AĞIR YÜKÜ!!!

Hər il 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsi Amerika və Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin anma günü kimi başlanılıb, sonradan bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənib və 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib. 

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Bəs doğurdanmı bütün iş sahələrində və bütün işəgötürənlər tərəfindən bu normalara, standatlara əməl edilir? 

Bütün dünyada hər il təxminən 340 milyon istehsal qəzasının və 160 milyon insan isə peşə xəstəliyinin müxtəlif tərzdə qurbanı olduğu registraciya edilir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) qiymətləndirməsinə görə, hər il təxminən 2.3 milyon kişi və qadının iş qəzaları və ya peşə xəstəliklər nəticəsində dünyasını dəyişir. Bu, hər gün orta hesabla 6000 insan deməkdir. BƏT-in  müntəzəm olaraq yenilədiyi bu məlumatlarıdakı dəyişikliklər qəzaların sayının artmasını və işdə sağlamlıq vəziyyətinin pisləşməsini göstərir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-nin 4 faizinin itirilməsinə səbəb olur. 

Metodik olaraq MDB ölkələri üçün istehsal qəzalarının sayı 11 min hal olaraq hesablanılıb. Lakin müqayisə üçün qeyd edək qeydə alınmış hal isə 5 850 olmuşdur (MDB-nin 2 ölkəsi üçün məlumat mövcud deyil). İstehsalatda baş verən qəzaların, o cümlədən ölümlə nəticələnən qəzaların sayının düzgün qiymətləndirilməməsi bu problem barədə yanlış təsəvvür yaradır.
BƏT tərəfindən əldə edilən İstehsalatda baş verən bədbəxt hadisələr (ölümlə nəticələnən, habelə peşə xəstəlikləri daxil) barədə statistik məlumatlardan aşağıdaklar aydın görünür:

      1) İşçilər arasında ən yüksək ölüm peşə xəstəliklərdən qaynaqlanır. Zərərli maddələr təkcə ildə 651,279 nəfərin ölümünə səbəb olur.

    2) İnşaat sənayesində qeydə alınan qəzaların digər sahələrə nisbətən yüksək səviyyədə olması müşahidə olunur.

     3) Gənc və yaşlı işçilər ən həssasdırlar. İnkişaf etmiş ölkələrdə əhalinin qocalması yaşlı nəsil arasında işçilərin sayının artması deməkdir ki, bu da xüsusi diqqət tələb edir. Dünya üzrə 541 milyon gənc işçi var (15-24 yaş). Bunun 37 milyonu təhlükəli uşaq əməyinin payına düşür. Hansı ki, bu rəqəm Ümumdünya işçi qüvvəsinin 15%-dir.

"Ümumdünya əməyin mühafizəsi günü” hazırda dünyanın yüzdən çox ölkəsində qeyd olunur. Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilata üzv olub, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul edib.

 

 

İqtisadiyyat   Baxılıb: 1114   Tarix: 2020-04-29



DİGƏR MARAQLI XƏBƏRLƏR