99 YP 374 növbəti dəfə qaydaları pozur (VİDEO)

99 YP 374 növbəti dəfə qaydaları pozur (VİDEO) Bir neçə gün əvvəl 99 YP 374 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan DYP əməkdaşının Babək prospektində 90 saniyə ərzində 3 dəfə kobud qayda pozduğu ilə bağlı videogörüntü sosial şəbəkələrdə geniş yayılmışdı.

Bu gün həmin əməkdaşın eyni gündə Babək prospektinin başqa bir hissəsində qayda pozduğunu təsdiq edən videogörüntüsü yayılıb. 

Qaynarinfo xəbər verir ki, sürücü əvvəlcə hərəkət zolağını dəyişərkən 1.1 nişanlanma xəttinin tələbini pozur, daha sonra isə ancaq geriyə dönməyə icazə verilən ən sol zolaqdan düzünə hərəkət edir. Bütün bunları edərkən də sayrışan işıq və səs siqnalından istifadə etmir. 

Görüntünü təqdim edirik.

Kriminal   Baxılıb: 1181   Tarix: 2019-04-15



DİGƏR MARAQLI XƏBƏRLƏR