ABŞ-da Google-a qarşı yeni iddia

ABŞ-da Google-a qarşı yeni iddia ABŞ-ın 38 əyalət və bölgəsindəki səlahiyyətlilər İnternet nəhəngi Google-a qarşı antiinhisar iddiası qaldırıblar.

Sənəddə şirkətin brauzer inkişaf etdiricilərinə və mobil cihaz istehsalçılarına Google-u standart axtarış motoru kimi göstərməsi üçün milyardlarla dollar ödədiyini və onlayn reklam bazarındakı üstünlük mövqeyindən sui-istifadə etdiyini iddia edilir.

İddiaçılar koalisiyasına Kolorado Baş Prokuroru Phil Weiser rəhbərlik etdi. Onun sözlərinə görə, Google ixtisaslaşdırılmış axtarış motorlarının (şsistemlərinin) uğurlu inkişafına qarşı hərəkət edir, çünki kontekstli reklamlardan əldə edilən gəliri bu hərəkətilə özü götürə və rəqib axtarış motorlarının bazar payına sahiblənə bilər.

Google-ın iqtisadi siyasət direktoru Adam Cohen, öz növbəsində, axtarış nəticələrinin dəyişdirilməsinin amerikalıları faydalı məlumatlardan məhrum edəcəyini və şirkətlərin müştərilərlə birbaşa əlaqə qurma qabiliyyətinə zərər verəcəyini söylədi.

Bu, Google-a qarşı ABŞ-da son aylar ərzində açılan üçüncü antitrest (antiinhisar) davasıdır. 

İqtisadiyyat   Baxılıb: 1027   Tarix: 2021-01-18



DİGƏR MARAQLI XƏBƏRLƏR