Acı istiotun inanılmaz faydası - Qorxulu xəstəliyin qarşısını alır

Acı istiotun inanılmaz faydası - Qorxulu xəstəliyin qarşısını alır İstiota acı dad verən təbii alkoloid olan kapsiasin maddəsi metastaz əmələ gəlməsi prosesinin qarşısını ala bilər.

Amerikada yerləşən Marşal Tibb Universitetinin əməkdaşları laboratoriya şəraitində ağciyər xərçəngi hüceyrələri üzərində müşahidələr aparıblar. 

Eksperiment göstərib ki, kapsiasin maddəsi bədxassəli şişlərin metastaz verməsini bloklayaraq, onların qana və limfaya keçməsinin qarşısını alır. Bundan əlavə, qidalarına kapsiasin əlavə edilən xərçəng xəstəsi olan siçanlar üzərində aparılan müşahidələr bədxassəli ocaqların kiçildiyini və metaztasların azaldığını üzə çıxarıb. 

Əlavə araşdırmalar kapsiasin maddəsinin xərçəng əmələ gətirən Src zülalını blokladığını və nəticədə də metastazın qarşısını aldığı məlum olub. Bu zülal hüceyrə səviyyəsində gedən bölünmə proseslərini tənzimləyir. 

Ağciyər xərçəngi əsasən baş beyinə, qaraciyərə və sümük iliyinə metastaz verir. Həkimlər bildirir ki, gələcəkdə kapsiasin kimi təbii birləşmə kimyaterapiya preparatlarının tərkibinə daxil edilə bilər.

Amma əvvəlcə bu maddənin mədə-bağırsaqda nəfi təsir edən, yanma və ağrı hissi yaradan yandırıcı xüsusiyyətindən azad olmaq tələb olunur. Hazırda həkimlər kapsiasinin analoqunu axtarmaqla məşğuldurlar. http://medicina.az

Sağlamlıq   Baxılıb: 1097   Tarix: 2019-04-13



DİGƏR MARAQLI XƏBƏRLƏR