Air Canada işçilərinin yarısını ixtisar edir

Air Canada işçilərinin yarısını ixtisar edir Kanadanın ən böyük hava yolları şirkəti coronavirus səbəbiylə işçilərinin sayını 50% azaldacaq

 

Bu isə Kanadadakı ən böyük hava şirkəti olan Air Canada tərəfindən 20 minə yaxın işçinin işdən çıxarılması deməkdir.

Air Canada-dan edilən açıqlamada, havadan uçuşların yüzdə 95 nisbətində azaldığı və bu vəziyyətin yaxın zamanlarda normala dönəcəyinin gözlənilmədiyi bildirildi. Hal-hazırda 38 min işçisi olan şirkət, işçi qüvvəsini 50-60 faiz azaltmaq üçün ixtisar etmək qərarına gəldiyini və qərarın 7 İyundan etibarən qüvvəyə minəcəyini bildirdi.Qərar qüvvəyə minərsə, 20 minə yaxın işçi işdən çıxarılacaqdır. 
Şirkət  xərclərini azaltmaq üçün işçilərinin təxminən yarısını ixtisar edəcəyini hələ mart ayında elan etmişdi, lakin Kanada hökuməti maliyyə dəstəyi verəcəyini bildirdikdən sonra isə geri addım atmışdı.

Şirkət, keçən ilin ilk rübündə Covid-19 tədbirləri səbəbiylə bu ilin eyni dövrü ərzində 1.05 milyard dollar itirdiyini açıqladı. Belə ki, Air Canada, dünyanın bir çox aviaşirkəti kimi, Covid-19 uçuşu başladıqdan sonra beynəlxalq planlaşdırılan uçuşları dayandırmışdı.

İqtisadiyyat   Baxılıb: 1054   Tarix: 2020-05-17



DİGƏR MARAQLI XƏBƏRLƏR