Alimlər əşyaları suda sonarlar üçün görünməz edən cihaz ixtira etdi

Alimlər əşyaları suda sonarlar üçün görünməz edən cihaz ixtira etdi Kamuflyaj texnologiyası və ya görünməzlik texnologiyası film sektoru qədər həqiqi dünyada da alimləri uzun müddətdir məşğul edən bir məsələdir.

 

Kamuflyaj texnologiyası və ya görünməzlik texnologiyası film sektoru qədər həqiqi dünyada da alimləri uzun müddətdir məşğul edən bir məsələdir. Təyyarələrin radarlardan gizlənə bilməsi, hərbi sahədə istifadə edilən termal kamuflyaj kimi texnologiyalar hər zaman elmi araşdırmaların mərkəzində olub.
Bu yaxınlarda ABŞ-ın Pensilvaniya Əyalət Universitetində işləyən Amanda D. Hanford və komandası bu sahədə yeni araşdırmaya imza atıblar. Araşdırma komandası suyun altında aşkar edilə bilməyən və sonarların müəyyən edə bilmədiyi bir cihaz yaradıblar.

Edilən testlər ərzində suya yerləşdirilən cihaza tərəf göndərilən səs dalğaları ölçülüb. Nəticədə, əks-sadaların və səs dalğalarının obyektin ətrafında sıçramadığı müşahidə olunub. Alimlərin gəldiyi qənaətə əsasən, bu cihaz sonar cihazları üçün görünməzdir.
Hanford və qrupu səs dalğalarının obyektin ətrafında bükülməsinə icazə verən metamaterial hazırlayıb. Metamateriallar təbiətdə mövcud olmayan mənfi sıxlıq kimi qeyri-adi xüsusiyyətlərə sahibdir. Texnologiyanın işləməsi üçün metamaterialın ən kiçik komponenti olan vahid element tədqiqatdakı akustik dalğa uzunluğundan kiçik olmalıdır.

Aydındır ki, bu texnologiya hələ erkən mərhələdədir və material maddələri görünməz hala gətirmir. Lakin sualtı vəziyyətlərdə aşkar edilməsi çox çətindir.

Texnologiya   Baxılıb: 1650   Tarix: 2018-05-17



DİGƏR MARAQLI XƏBƏRLƏR