Amerikalı pərakəndə nəhəngi Walmart, TikTok almaq üçün Microsoft ilə ortaq olacaq

Amerikalı pərakəndə nəhəngi Walmart, TikTok almaq üçün Microsoft ilə ortaq olacaq ABŞ pərakəndə şəbəkələrindən biri olan Walmart'ın Çinin ByteDance şirkətinə məxsus TikTok tətbiqetməsini almaq üçün Microsoft ilə ortaq olacağı bildirildi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 3 avqust tarixində ABŞ-dakı filialını hər hansısa bir Amerika şirkətinə satılmayacağı təqdirdə, Çin mərkəzli TikTok sosial media platformasını 15 sentyabrda qadağan edəcəklərini açıqlamışdı. Elə həmin gün ABŞ-ın qabaqcıl texnoloji şirkətlərindən biri olan Microsoft tərəfindən edilən açıqlamada, Çin firması ByteDance'ın TikTok tətbiqinin ABŞ silahının alınması üçün danışıqların aparıldığı qeyd edildi. 

Açıqlamada, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadakı xidmətlərin alınması və bu ölkələrdə fəaliyyət göstərmək hüququnun satın alınması üçün müzakirələr getdiyini bildirmişdi.

Budur artıq Walmart'ın da TikTok tətbiqini almaq üçün Microsoft ilə əməkdaşlıq edəcəyi ABŞ mətbuatında  xəbərlərdə yer aldı. 

Walmart, mövzu ilə əlaqədar Amerikanın yayım şirkəti CNBC ilə paylaşdığı şərhdə, sözügedən əməkdaşlığın Walmartın reklam biznesinin böyüməsində əhəmiyyətli bir rol oynayacağını açıqladı

Digər tərəfdən CNBC-nin anonim mənbələrə əsaslanan başqa bir hesabatında TikTok-un ABŞ-dakı əməliyyatlarının satışına dair bir razılığın yaxın günlərdə reallaşa biləcəyi və razılaşma məbləğinin 20-30 milyard dollar ola biləcəyi ifadə edilir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Oracle firmasının da TİK Tokk üçün elçi düşdüyünü bildirmişdik    https://equalpress.az/news/Amerikali-perakende-nehengi-Walmart-TikTok-almaq-ucun-Microsoft-ile-ortaq-olacaq

 



 

Texnologiya   Baxılıb: 1032   Tarix: 2020-09-01



DİGƏR MARAQLI XƏBƏRLƏR