Aralıq dənizi üstə niyə bu qədər mübahisə düşür? TƏHLİL YAZISI

Aralıq dənizi üstə niyə bu qədər mübahisə düşür? TƏHLİL YAZISI Aralıq dənizi məsələsi Türkiyə və Yunanıstanın yer alacağı bir masada çözülə bilməz. Çünki problem bu iki ölkənin boyunu çox aşan bir məsələdir.

Gəlin məsələyə bir qədər ətraflı nəzər salaq. Hər şey EastMed boru xətti layihəsi ilə başladı. 

Şərqi Aralıq Dənizi qaz kəməri (yaxud EastMed lahiyəsi) - Aralıq dənizinin şərqindən İtaliyaya qədər çəkilməsi planlaşdırılan təbii qaz boru kəməridir. 2019-cu ilin 20 mart tarixində ABŞ-ın dövlət katibi Mayk Pompeonun iştirakıyla Yunanıstan, yunan Kipri və İsrailin hökumət rəhbərləri arasında Şərqi Aralıq Dənizi (EastMed) qaz boru xəttinin çəkilməsi barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Yunan Kiprinin cənubundan hasil olunacaq təbii qaz Kiprdən dənizlə Yunanıstanın Krit adasına, oradan Yunanıstanın əsas ərazisinə, buradan isə İtaliyaya çəkiləcək qaz boru xətti vasitəsilə nəql olunacaq. 3 km dərinlikdə döşənməli olan boru xəttinin uzunluğu 1900 km olacaq. Hədəf ildə 10 milyard mtəbii qaz daşımaqdır. Avropa Birliyi tərəfindən dəstəklənən layihəyə layihənin ümumi dəyərinin 7 milyard dollar olacağı və 7 il ərzində başa çatacağı proqnozlaşdırılır. 

“EastMed boru xətti layihəsi”nin yalançı şirkətləri olan DEPA və “Edison”-a ortaqları isə bilirsizniz kimlərdir? Yunan qaz şirkəti DEPA ilə yaradılan“Poseidon” konsorsiumunun önəmli şirkəti olan italyan “Edison” şirkətinin həqiqi sahibləri Ceykob Rotşild, Peqqi Rokfeller, Rupert Merdok, Dik Çeyni, Corc Soros, Nat Rotşild, Maykl Steynhardt, şahzadə Salman və BƏƏ-nin vəliəhd şahzadəsi Nahyandır. 

Bu şəxslərin 2019-cu ilin dekabr ayında İtaliyanın açıq sularında görüşü olmuşdur. Belə ki, “Poseidon” konsorsiumunun Milanda keçirilən toplantısına məsləhətçilərini göndərən bu heyət əsil toplantını Siciliya adasının açıq sularında keçirdi. Bu qədər güclü adamı bir toplantıda görüşdürə biləcək yeganə güc Aralıq dənizi ola bilərdi. Elə də oldu. Bu toplantı Aralıq dənizindəki trilyon dollarlıq enerji qaynaqları üçünmü keçirildi? Qismən “bəli”, ancaq toplantının əsil səbəbi yeni dünya nizamının mərkəzinin Aralıq dənizi olması idi.

Nə üçün Aralıq dənizi? Aralıq dənizi Geostrateji bir ərazidir. Hətda SSRİ-dağılandan sonra belə, kasıb Rusiya  özünün Kubadakı hərbi radioelektron və radiokəşfiyyat bazalarını bağlasa da aralıq dənizindəki bazasına dəymədi. Çünki Aralıq dənizinə sahib olmaqla, heç bir beynəlxalq hüququ pozmadan gəmilərdən buraxılan qanadlı raketkərlə Moskvanı asanlıqla bombalamaq olar (ikinci belə strateji üstünlüyə malik olan dəniz Xəzər dənizidir). Bundan əlavə, Rusiya və Fransa Aralıq dənizində söz sahibi olmaq istəyirlər ki, avropa və ərəb ölkələrinə güclü təsir edə bilsinlər. Əbəs yerə deyil ki, 2019-cu ilin son günlərində Ceykob Rotşildin dilə gətirdiyi “Aralıq dənizinə sahib olan 5 qitəni də idarə edər” sözləri, dünya gənəlində əks-səda vermişdi. Hətda Ceykob Rotşild həmin toplantını “Aralıq dənizi şurası” adlandırdı.

Elə bu arada səhnəyə Türkiyə Cümhuriyyəti çıxdı. Əlini Liviyaya uzatdı. İki ölkə arasında imzalanan anlaşma “EastMed boru xətti”nin keçəcəyi dəniz sərhədlərini tamamilə nəzarət altına almağa imkan yaratdı. Ankara bu sərhəddin pozulmasına əsla izin verməyəcəyini də elan etdi. Türkiyənin bu həmləsi qlobal bir oyunu pozduGedən mübarizə də, müharibə də bununla bağlıdır. Anlaşılması çətindirmi? Məsələ qarışıqdırmı? Ağılagəlməz bir məsələdirmi? Xeyr. Bəsit, açıq və aydındır. Yetər ki, anlamaq istəyəsən…

İqtisadiyyat   Baxılıb: 1042   Tarix: 2020-09-24



DİGƏR MARAQLI XƏBƏRLƏR