Atanı qızının şəkilləri ilə şantaj edən şəxs MƏHKƏMƏ QARŞISINDA

Atanı qızının şəkilləri ilə şantaj edən şəxs MƏHKƏMƏ QARŞISINDA Ötən il hüquq-mühafizə orqanlarına müraciət edən şəxs bir nəfərin onun qızının şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3000 manat tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini H.Sayılov olduğu müəyyən edilib. 

H.Sayılovun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb. Cinayət işində zərərçəkmiş qismində ata və onun qızı tanınır. Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Hüseyn Sayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
 
Məhkəmənin baxış iclası aprelin 25-nə təyin edilib.
 (
lent.az)

 
 

Kriminal   Baxılıb: 1157   Tarix: 2019-04-22



DİGƏR MARAQLI XƏBƏRLƏR