Avropa hava yolları şirkətləri 2020-ci ildə 56,2 milyard avro itirmişdir

Avropa hava yolları şirkətləri 2020-ci ildə 56,2 milyard avro itirmişdir Avropa hava trafik operatoru Eurocontrol, 2020-ci ildə Avropa hava yolları, hava limanları və hava hərəkətinə nəzarət xidmətlərinin 2020-ci ildə təxminən 56,2 milyard avro itirdiyini və 2019-cu ilə nisbətən 1,7 milyard az sərnişin daşıdığını bəyan etdi.

Eurocontrol-a görə "tarixdə Avropa aviasiya üçün ən pis il" olan 2020 -ci ildə  Avropada 2019-cu ildəki 11,1 milyonla müqayisədə cəmi 5 milyon uçuş həyata keçirilmişdir. Eyni zamanda, Avropa daxili  uçuş trafiki 54%, Avropa ilə dünyanın qalan hissəsi arasındakı uçuş trafiki isə 59% azalmışdır.

Statistikaya görə 2020-ci ildə:

* ilk on hava yolu şirkəti arasındakı uçuşların sayı orta hesabla 45-67% azaldı,

* ən işlək hava daşıyıcısı İrlandiyanın ucuz hava yolu şirkəti olan Ryanair oldu, eyni zamanda aktivliyi% 59 azaldı (2019-cu ildə 2323-ə qarşı gündə 951 uçuş).

Eurocontrol xüusui olaraq qeyd edir ki, 2020-ci ilin dekabr ayının sonuna qədər bütün Avropa təyyarə parkının təxminən 51% -i nəqliyyatda iştirak etməyib.
Eyni zamanda, tənzimləyici 2021-ci ilin ilk aylarında trafikin 2019-cu il səviyyəsinin 40-50% səviyyəsində qalacağını gözləyir, ancaq peyvənd kampaniyasının yayılması ilə yayda “davamlı irəliləyiş” proqnozlaşdırılır. "Əminik ki, uçuşların səviyyəsindəki bərpa (artım) 2021-ci ildə koronavirus peyvəndləri ilə başlayacaq. Bununla birlikdə, bütün aviasiya sektorunun yaxın illərdə maliyyə dəstəyinə ehtiyac duyacağı açıqdır" deyə Eurocontrol bildirir.

xatıladaq ki, Avropa Birliyi keçən yaz üçüncü ölkələrə məcburi olmayan səyahətlərə məhdudiyyətlər qoymuş və quru və hava səyahətləri məhdudlaşdırmışdı. Bununla əlaədar olaraq AB qurumları, birliyin nəqliyyat sektorunu dəstəkləmək üçün bir sıra tədbirlər təklif etmişdilər. Lakin buna baxmayaraq aviadaşımaçılıq sənaye dərin bir böhran içində qalmış, bu da öz növbəsində işçilərə verilən əməkhaqqılarının, habelə iş yerlərinin sayının azalmasına gətirib çıxartmışdı.

İqtisadiyyat   Baxılıb: 1034   Tarix: 2021-01-05



DİGƏR MARAQLI XƏBƏRLƏR