Avropada minimum əməkhaqqı səviyyəsi

Avropada minimum əməkhaqqı səviyyəsi Avropa Birliyinin (Eurostat) statistika idarəsi, 1 yanvar 2021-ci il tarixinə AB-də minimum əmək haqqı sıralamasını açıqlamışdır.

27 AB üzv dövlətindən altıının qanunvericiliyində "inimum əmək haqqı" konsepsiyası təsbit edilmədiyi üçün reytinq sıralamasında onlar nəzərə alınmayıb. Həmin ölkələr Danimarka, İtaliya, Kipr, Avstriya, Finlandiya və İsveçdir.

Aylıq minimum əmək haqqı Avropanın şərqində orta hesabla 700 avronun altındadır və AB-nin şimal-qərbində isə 1500 avronun üstündədir. Ümumilikdə, 21 AB üzvü olan dövlət, avroya çevrilən minimum əmək haqqının ölçüsünə görə üç əsas qrupa bölünə bilər.

2021-ci ilin yanvarında, AB-nin şərqində yerləşən 10 üzv dövlətdə minimum əmək haqqı (vergilər və sosial təminatlardan əvvəl) ayda 700 avronun altındadır:  Bolqarıstan 332 avro, Macarıstan 442 avro, Rumıniya 458 avro, Latviya 500 avro, Xorvatiya 563 avro, Çexiya 579 avro, Estoniya 584 avro, Polşa 614 avro, Slovakiya 623 avro, Litva 642 avrodur.

Əsasən Avropa Birliyinin cənubunda yerləşən 5 ölkədə minimum əmək haqqı ayda 700 avrodan 1100 avro arasındadır: Yunanistan 758 avro, Portuqaliya 776avro, Malta 785 avro, Sloveniya 1024 avro və İspaniya 1108 avrodur.

AB-nin qərbində və şimalında yerləşən qalan 6 ölkədə minimum əmək haqqı ayda 1500 avronun üzərindədir: Fransa 1555 avro, Almaniya 1614avro, Belçika 1626 avro, Hollandiya 1685 avro, İrlandiya 1724 avro və Lüksemburq 2202 avrodur.

Müqayisə üçün, 2021-ci ilin yanvar ayına olan məlumata görə ABŞ federal minimum əmək haqqı 1024 avro olmuşdur.

İqtisadiyyat   Baxılıb: 1144   Tarix: 2021-02-12



DİGƏR MARAQLI XƏBƏRLƏR