Avrozona problemli banklara dəstəyi gücləndirməyə qərar verdi

Avrozona problemli banklara dəstəyi gücləndirməyə qərar verdi Avro Bölgəsi, Maliyyə Nazirləri Şurası Avropa Sabitlik Mexanizmini (ESM) islah etməklə bağlı 2021-ci ilin yanvarında yeni düzəliçlərlə müqaviləni imzalamağa razı oldu

Belə bir həll yolu, zəruri hallarda ESM-in  problemli bankların (Single resolution fund SFR) həlli üçün xüsusi mexanizmlərlə dəstəkləməsinə imkan verəcəkdir. 

Yenilənmiş ESM müqaviləsi SRF (Single resolution fund) üçün bir dayaq yaratmağa imkan verəcək. Bu o deməkdir ki, SRF mənbələri tükənsə, o zaman ESM  Banklardakı vəziyyətin həllini maliyyələşdirmək üçün SRF-ə borc verə bilər.

Avrozonanın  SRF dəstək mexanizminin 2022-ci ilin əvvəlində istifadəyə verilməsinə razı olduğu bildirilir. 

SRF, Avropa Birliyində qurulan bank birliyinin bir elementidir. Kredit təşkilatlarının və iştirakçı üzv ölkələrin müəyyən investisiya firmalarının maliyyə ödəmələri, ayırmaları ilə formalaşdırırlır.  Onun maliyyə həcminin bu birliyin əhatə etdiyi kredit təşkilatlarının, bankların bütün depozitlərinin ən azı 1 faizinə çatacağı düşünülürdü ki, bu da təxminən 60 milyard avro olacağı gözlənilirdi. 2019-cu ildə isə fondun həcmi təxminən 33 milyard avro idi.

Bu fond kritik hallarda son çarə olaraq istifadə edilmək məqsədilə yaradılmışdır. 

İqtisadiyyat   Baxılıb: 1046   Tarix: 2020-12-01



DİGƏR MARAQLI XƏBƏRLƏR