Avrozonanın suverenliyini rəqəmsal avro qoruya bilərmi?

Avrozonanın suverenliyini rəqəmsal avro qoruya bilərmi? Avropa Birliyi iqtisadiyyatın rəqəmsallaşdırılması kontekstində qeyri-Avropa rəqəmsal valyutasının hökmranlığına icazə verməməli, elektron avronu inkişaf etdirməlidir.

Avropda nağd ödənişkərin getikcə azaldığı görünməkdədir və bu rəqəmsal avro gələcəkdə zəruri edir. Bu mənada Avropa iqtisadiyyatı gələcəyi rəqəmsallaşmadan keçir. Avropa Birliyinin “pul suverenliyini” qorumalı və Avrozona daxilində ödənişlərdə qeyri-Avropa rəqəmsal valyutasının hakim olmasının qarşısını almalıdır.

Avropa Komissiyası, hadisələrin inkişafı baxımından gələcək variantları araşdırmaq üçün yaxın aylarda Avropa Mərkəzi Bankı ilə əməkdaşlığa hazırdır. Eyni zamanda, rəqəmsal avro ilə bağlı son qərar hələ verilməmişir.

Xatırladaq ki,  Avropa Mərkəzi bankı (ECB), Avropa valyutasına inam yaratmaq və "rəqəmsal əsrə hazırlaşmaq" üçün "rəqəmsal avro" buraxmağı düşündüyü haqda Oktyabrın əvvəlində açıqlama vermişdi.

İqtisadiyyat   Baxılıb: 1046   Tarix: 2020-11-04



DİGƏR MARAQLI XƏBƏRLƏR