Azərbaycan Silk Way Airlines üçün Ukraynaya verilən bütün təyyarə sifarişlərini ləğv etdi

Azərbaycan Silk Way Airlines üçün Ukraynaya verilən bütün təyyarə sifarişlərini ləğv etdi Əgər 2011-2015-ci illərdə Ukraynanın Oleg Antonov adına əfsanəvi aviasiya konserni 16 təyyarə satışa təqdim etsə də, sonrakı illərdə Rusiya ilə iş birliyinin pozulması səbəbindən təyyarə zavodunun Ukraynanın istehsal etmədiyi çox sayda komponent və konstruksiya materialından məhrum qalması istehsalı iflic etdi.

Böyük ümidlərin bağlandığı zavodun son layihəsi, Prototip hələ 2014-cü ildə yığılan nəqliyyat An-178-dir. Bu model tam olaraq yekunlaşmasa da, zavodn çoxlu sifarişi var idi. Belə ki, 20-dən çox təyyarə Ukrayna Silahlı Qüvvələrini və Milli Qvardiya tərəfindən, 10 təyyarə Azərbaycan hava yolu şirkəti Silk Way Airlines tərəfindən və daha bir təyyarə İraq ordusu və 1 təyyarə Peru polisi tərəfindən satın alınmalı idi. Ancaq  bu müddət ərzidndə zvod heç bir dənə də olsa An-178 təyyarəsi təqdim edə bilməmişdir. Çünki təyyarədə istifadə edilən  komponentlərin təxminən üçdə biri rus mənşəlidir. Və son vaxtlar Rusiya Federasiyasından hissələri dəyişdirmək barədə çox danışılsa da, bu planlar yalnız kağız üzərində qalmışdır.

Komponentlərdəki importdan asılılığı aradan qaldırmaq üçün 200 milyon dollar investisiya tələb edilir. Zavodun rəhbəri Alexander Donetsə görə aşınması 80% olan istehsal sahələrinin tam modernləşdirilməsi nəzərə alınaraq, investisiya rəqəmi bir milyard dollara yaxın olacaq. Ukrayna hakimiyyətinin isə buna maddi imkanı çatmır. Üstəlik, Antonovun sifarişləri ilə bağlı da qəti qərarlar məlum deyil. Belə ki,  2020-ci ilin noyabrında Azərbaycanın 10 ədəd An-178 təyyarəsi tədarükünə dair müqaviləsini ləğv etdiyi məlum oldu. Peru polisi ilə müqavilə ətrafında isə qalmaqal mövcuddur: Lima üçün nüsxənin fiziki olaraq tamamlanmadı, uçuş testləri və sertifikatlaşdırma da buna görə təbii olaraq aparılmadı. Bundan əlavə, media tenderiin keçirilməsi zamanı  korrupsiya sxemi barədə medi da çoxlu məlumatlar verildi.

Görünən isə odur ki, 2015-ci ildən bəri əfsanəvi Oleg Antonov adına təyyarə zavodunun anqarından bir dənə də olsun yeni təyyarə çıxmamışdır və təyyarələrin istehsalını canlandırmaq üçün edilən çoxsaylı təşəbbüslər puça çıxmışdır. Bütün bu vaxt ərizndə aviasiya nəhənginin vəziyyəti yalnız pisləşdi. Bununla birlikdə, bu yaxınlarda Kiyevdə yenidən geniş planlar barədə yüksək səsli açıqlamalar verilməyə başlamışdır:. Belə ki, Antonov zavodu Boeing korporasiyası ilə birlikdə  dron və təyyarə istehsalına başlayacaq.

 

 

İqtisadiyyat   Baxılıb: 1105   Tarix: 2021-03-02



DİGƏR MARAQLI XƏBƏRLƏR