Azərbaycan iqtisadiyyatı gündəlik 120-150 milyon manat itirir

Azərbaycan iqtisadiyyatı gündəlik 120-150 milyon manat itirir Bir neçə ay bundan əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarov demişdi ki, COVİD-19 pandemiyası dövründə Azərbaycan iqtisadiyyatı gündəlik 120-150 milyon manat itirir.

Qarabağ cəbhəsində əks-hücum əməliyyatlarının təsiri isə hələ məlum deyil. Dövlət rəsmləri müharibə şəraitinin iqtisadiyyata necə təsir etməsi barədə heç bir məlumat vermir. Bəzi iqtisadçıların fikrincə, müharibə iqtisadiyyata təsir etsə də, Azərbaycan bu itkiləri qarşılamaq gücündədir.

Azərbaycanla müharibə aparan Ermənistanda iqtisadi vəziyyət ürəkaçan deyil. Fitch bir neçə gün əvvəl Ermənistanın reytinqdəki "BB-" olan mövqeyini endirib "B+" səviyyəsinə çatdırdığını açıqlayıb. Fitch Azərbaycanla bağlı belə bir qərar verməsə də, ilin əvvəlində Azərbaycan haqqındakı proqnozda ölkənin beynəlxalq ehtiyatlarının təqribən 10 milyard dollar azalacağını açıqlamışdı. Bu rəqəm, təşkilatın müharibə olmamışdan elan etdiyi nəticə idi, indi isə müharibənin gətirdiyi iqtisadi yük də buna əlavə olunur, iqtisadi şərhçilər belə deyirlər.

Təqribən mart ayından başlayaraq, neftin dünya bazarında ucuz qiyməti və pandemiyanın təsirləri Azərbaycan iqtisadiyyatında ciddi problemlər yaratmağa başladığı açıq aşkar görünürdü. Rəsmi rəqəmlərə görə, ÜDM azalması 4 faizi keçib, yəni ilin sonuna ÜDM azalması 4,5-5 faiz gözlənilir. Amma müharibə iqtisadiyyata təsir etsə də, Azərbaycanın vəziyyəti Ermənistandan fərqli olaraq "ümidsiz deyil". Əsas problemlər işsizliklə bağlıdır, çünki xidmət sahəsi pandemiyadan və müharibə şəraitindən çox ziyan görüb.  İqtisadi şərhçilər hesab edirlər ki, idman, turizm, böyük ticarət mərkəzləri ölkədə hələ qapalı olduğundan bu sahələrdə "böyük itkilər var". Komendant saatının olması da ictimai-iaşə obyektlərinə böyük təsir göstərir. Ən yaxşı halda xidmət sektoru axşam saat 8-ə kimi işləyə bilir. Erkən bağlanma xidmət sahəsində ciddi problemlər törədir, dövriyyənin azalması baş verir.

İqtisadçı Natiq Cəfərli deyib ki, martın 1-dən ölkədə rəsmi 90 min 700 işsiz var idi, amma aprel ayında "hökümət məcbur qalıb 600 min insana işsizliklə bağlı müavinət verməli oldu".

İqtisadiyyat   Baxılıb: 1097   Tarix: 2020-12-10



DİGƏR MARAQLI XƏBƏRLƏR