Azərbaycan manatında Elman Rüstəmovun imzası nəyə lazımdır?

Azərbaycan manatında Elman Rüstəmovun imzası nəyə lazımdır? Manatın üzərində, sol yuxarı küncdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmova aid bir imza var.

Nəzərə alsaq ki, Elman Rüstəmov bu postda daimi deyil və tutduğu vəzifəyə seçki 5 ildən bir yenilənir, ortaya belə bir sual çıxır: Elman Rüstəmov nə vaxtsa, hazırki vəzifəsini icra edə bilməsə, Azərbaycan dövriyyədəki pullarını yenisi ilə əvəz edəcək? Bu sualla iqtisadçı ekspert Odər Qəniyə müraciət etdik.

Ekspert bildirir ki, milli valyutanın üzərində Mərkəzi Bank sədrinin imzasının vurulması uğurlu seçim deyil: "Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun imzasının manatın üzərində olması Azərbaycana zərərdən başqa heç nə vermir. E.Rüstəmov 2015-ci ildə yenidən 5 illik AMB sədri vəzifəsinə təyin olunub. Əgər 2020-ci ildə vəzifədən getsə, o zaman Azərbaycan yenidən külli miqdarda vəsait xərcləyib manat sifarişi verməlidir. AMB sədri isə hər 5 ildən bir seçilir. Hər 5 il yeni sədr seçilsə, o zaman Azərbaycan 5 ildən bir milli valyutanı yeniləməlidir?

Bəzi dövlət məmurları belə bir təcrübənin başqa dövlətlərdə də olduğunu bildirir. Əslində isə elə deyil. Başqa dövlət deyəndə açıq şəkildə demək lazımdır ki, söhbət hansı dövlətlərdən, hansı pullardan gedir. Guya manatın üzərində E. Rüstəmovun imzası olmasa, hər kəs saxta manat buraxmağa başlayacaq? Manatın üzərində kifayət qədər mühafizə elementləri var. Bu mühafizə elementləri imkan verir ki, imzanın olmasından aslı olmayaraq manatın saxtalaşdırılmasının qarşısı alınsın.
Ümumiyyətlə isə sual olunur ki, Azərbaycan manatını hansı xarici ölkə saxtalaşdırar? Dünyada ən çox saxtalaşdırılan kağız pul dollardır. 100 dollar isə 170 manata bərabər tutulur. Saxta 100 manat əvəzinə 300 dollar çap edilsə, 500 manatdan çox edir. Azərbaycan pulunun dünya bazarında payı yoxdur. AMB sədri dəyişdikcə pulun üzərindəki imzanı dəyişmək dövlətə zərərdən başqa heç nə vermir. Ona görə də, güman edirəm ki, manatın üzərində şəxs və ya şəxslərin imzasının olması yanlışdır. Amma bütün bu reallıqlara baxmayaraq, Azərbaycan manatının saxtalaşdırılmasının qarşısını tək E.Rüstəmovun imzasının alması iddia olunursa, o zaman qalsın".

https://qaynarinfo.az

İqtisadiyyat   Baxılıb: 1074   Tarix: 2019-04-22



DİGƏR MARAQLI XƏBƏRLƏR