Azərbaycan qazı öz ehtiyacımızı tam ödəmir, əhaliyə verilən qazın çoxu xarici şirkətlərdən pulla alınır

Azərbaycan qazı öz ehtiyacımızı tam ödəmir, əhaliyə verilən qazın çoxu xarici şirkətlərdən pulla alınır Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban "Real TV"də yayımlanan "Bizim barel" verilişində deyib.

Bizim hasil etdiyimiz qaz özümüzün ehtiyaclarını heç də hər zaman ödəməyib. Müstəqillik illərindən sonra 2000-ci ilin oktyabrından Azərbaycan Rusiyadan qaz idxalına başlayıb. Bu isə 2007-ci ildə "Şahdəniz" yatağından qaz çıxana qədər davam edib. Ölkə buna qədər ildə 4-4,5 mlrd. kubmetr qaz idxal edirdi. Hətta 2010-cu ildən sonra Azərbaycan bir neçə dəfə qaz idxalçısı olub və bu rəqəmin 2 mlrd. kubmetrdən artıq olduğu vaxtlar da olub.

O bildirib ki, Əmtəəlik qaz hasilatı həcmlərini 2010-cu il ilə müqayisə etsək, görərik ki, 10 ildə 10 mlrd. kubmetrdən çox artıma nail olunub. Vətəndaşların bir çoxu hələ də bilmir ki, evlərində yandırdıqları qazın yarıdan çoxu xarici şirkətdən alınan qazdır". Ekspert bildirib ki, ölkəmizdə hasil edən qazın 82%-i hazırda "BP-Azerbaijan" şirkətinin payına düşür: "Azərbaycanda istehlak edilən qazın 45%-i SOCAR-ın balansında olan qaz, 55%-i isə xarici şirkətlərdən pul ilə alınır ki, yerli bazar üçün, yəni əhaliyə verilsin. 

 

İqtisadiyyat   Baxılıb: 1025   Tarix: 2020-09-15



DİGƏR MARAQLI XƏBƏRLƏR