Azərbaycanda əlillik qrupları dəyişir - əvvəlki kimi I,II, III deyil, 7 qrup olacaq

Azərbaycanda əlillik qrupları dəyişir - əvvəlki kimi I,II, III deyil, 7 qrup olacaq Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev bildirib ki, bu kriteriyalar həm Səhiyyə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindən birgə hazırlanıb: “Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək”.

Onun sözlərinə görə, bu günədək istifadə edilən, Sovet İttifaqı dönəmindən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcud idi: “Bu meyarlar isə beynəlxalq təcrübəyə uyğun gəlmir. Hazırlanan meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyinin həyata təsir faizi ölçülərək onun əlilik dərəcəsi müəyyən ediləcək”.

 

Sağlamlıq   Baxılıb: 13   Tarix: 2019-05-14



DİGƏR MARAQLI XƏBƏRLƏR