Azərbaycanda sintetik düyü və yumurta satılır?

Azərbaycanda sintetik düyü və yumurta satılır? Sintetik düyü və yumurtanın son illərdə Azərbaycan və bir çox ölkənin bazarlarına yol tapdığı şübhələri var.

 

Məlum olub ki, yaşıl noxud, yumurta, alma, hətta darçın kimi məhsulların da saxta verisyaları istehsal olunur. 

Yumurta

Saxta yumurta benzoik turşusu, natrium alginat və bir çox digər zərərli komponentləri ehtiva edir. Yumurta alarkən diqqətli olmalısınız. Saxta yumurtanın qabıqları daha sərt, ölçüsü isə adətən daha böyükdür. Əgər qabığı normaldırsa, sarısına diqqət edin.

Yaşıl noxud

Yaşıl noxudun saxta versiyası soya paxlası, lobya, rəngləndirici və sodium metabisülfitin birləşməsindən əldə edilir. Halbuki sodium metabisülfit xərçəng və metabolizma problemlərinin inkişafı riskini aratırdığı üçün bir çox ölkədə qadağandır. Odur ki, rəngi həddən artıq yaşıldırsa, deməli, çox güman ki, məhsulda boyaq maddələri var.

Alma

Təəccüblüdür ki, hətta alma da saxta ola bilər. Saxta almalar kimyəvi maddələrlə yetişdirilir. İstehsal tarixini uzatmaq üçün bu almalar mumlanır. Odur ki, belə almaları yemək sağlamlığınıza zərər verir. Kimyəvi maddələrlə yetişən almalar çox parlaq, çox yaşıl və çox yuvarlaqlaşdırılmış olur.

Ət

“Impossible Foods” şirkəti nişastadan, genetik cəhətdən dəyişdirilmiş maya və buğdadan hazırlanan ət istehsal edib. Bundan başqa, burger əti soya və digər paxlalardan hazırlanır və real ətdən daha yaxşı dada malikdir.

 

Keyfiyyət   Baxılıb: 1145   Tarix: 2020-05-17



DİGƏR MARAQLI XƏBƏRLƏR