Azərbaycanda una üyüdülmüş sümük qatılırmış: Ekspert təsdiqlədi, QTA araşdırırıq dedi

Azərbaycanda una üyüdülmüş sümük qatılırmış: Ekspert təsdiqlədi, QTA araşdırırıq dedi Qeyd edək ki, sözügedən un kisəsinin istehsalçısı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən "Fatoğlu" şirkətidir.

Qida Təhlükəsizli Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva məsələ ilə bağlı verdiyi açıqlamasında bildirib ki, problemdən xəbərdardılar və hazırda agentliyin əməkdaşları məsələni araşdırırlar: "Tədqiqat başa çatdıqdan sonra ictimaiyyətə bu barədə geniş məlumat veriləcək".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Sfera.az-a verdiyi açıqlamada söyləyib ki, aşkarlanan fakt ciddi sanitar və istehsal pozuntusudur: "Ərzaq məhsulunun içərisindən kənar əşya çıxırsa bu, o deməkdir ki, həmin məhsulun istehsalında sanitar normalara əməl olunmayıb. Bu fakt onu göstərir ki, məhsulun istehsalı zamanı qaydalara əməl olunmayıb”.

Ekspert una sümük qatılması haqda iddiaların yeni olmadığını, hələ SSRİ zamanında da insanlar arasında yayıldığını bildirib. "O vaxtlar xüsusi insan qrupları vardı ki, onların işi sümük yığmaq idi. Həmin şəxslərə topladıqları sümüyün qarşılığında daraq, sancaq kimi xırda məişət əşyları verirdilər. Bu kimi hallar insanlarda haqlı şübhələr yaradırdı ki, sümüyü üyüdüb una qatırlar. Dediyiniz fakt da onu göstərir ki, deyilənlər heç də şayiə deyilmiş”.

(Sfera.az)

Keyfiyyət   Baxılıb: 1121   Tarix: 2019-04-12



DİGƏR MARAQLI XƏBƏRLƏR