Azərbaycanın builki dövlət borcu üzrə faiz ödənişləri gəlirlərin cəmi 2,5%-ni təşkil edəcək

Azərbaycanın builki dövlət borcu üzrə faiz ödənişləri gəlirlərin cəmi 2,5%-ni təşkil edəcək "Moody's Investors Service" şirkətinin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanın dövlət borcu üzrə faiz ödənişlərinin gəlirə nisbəti cəmi 2,5% təşkil edəcək.

Bu nisbətin 2021-ci ildə ən yüksək olacağı ölkələr arasında Liviya (69%), Şri-Lanka (60,7%) və Misir (47,4%) göstərilib. Dövlət borcu üzrə faiz ödənişlərinin gəlirlərə olan nisbətinin ən aşağı olacaq ölkələr isə Kuba (2,2%), BƏƏ (Əbu-Dabi,2%), Azərbaycan (2,5%) və Küveytdir (2,7%).

İqtisadiyyat   Baxılıb: 1052   Tarix: 2021-03-05



DİGƏR MARAQLI XƏBƏRLƏR