Azərbaycanın tədiyyə balansında 1 milyard dollara yaxın kəsir var

Azərbaycanın tədiyyə balansında 1 milyard dollara yaxın kəsir var Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 957,5 milyon ABŞ dolları təşkil edib.

Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 3 634,7 milyon dollarlıq qalıq yaranmışdı.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 598,2 milyon dollarlıq qalıq (illik müqayisədə 80,5% az), kapital hesabındakı 7,7 milyon dollarlıq kəsir (3,1 dəfə çox), maliyyə hesabındakı 948,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), balanslaşdırıcı maddələr üzrə 599,3 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb.

El'c' d' bu ilin yanvar-avqust aylarında Azərbaycana 7 136 çeşiddə mal idxal edib.

Dövlət Gömrük Komitəsinin (DGK) verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% çoxdur. Hesabat dövründə Azərbaycandan 2 475 adda mal ixrac olunub. Bu isə illik müqayisədə 6,5% azdır.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında həmçinin o da qeyd edilir ki, Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə dəyəri 376 252,12 min ABŞ dolları dəyərində 372 967,67 ton meyvə-tərəvəz ixrac edib. Hesabat dövründə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 4%, həcmi isə 2,2% artıb. Qeyd edək ki, yanvar-avqustda Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib. Amma tomat ixracında artım, fındıq, xurma və alma ixracında azalma müşahidə edilir. 

Hesabat dövründə 167 039,27 min dollar dəyərində 154 119,49 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 18% və 15,6% çoxdur.

Cari ilin yanvar-avqust ayları ərzində 60 657,37 min dollar dəyərində (14,4% azalma) 9 930,85 ton (azalma 29,8%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 11 950,85 min dollar dəyərində 28 252,97 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 36%, həcm isə 37,5% azalma müşahidə olunub.

Bu ilin səkkiz ayı ərzində ölkədən 14 135,93 min dollar dəyərində (22% azalma) 17 947,06 ton (azalma 24,7%) xurma ixrac olunub.

İqtisadiyyat   Baxılıb: 1018   Tarix: 2020-09-15



DİGƏR MARAQLI XƏBƏRLƏR