Azərbaycanın yanvar-oktyabr aylarında ticarəti

Azərbaycanın yanvar-oktyabr aylarında ticarəti  İdxal - ixraca dair qısa vəziyyəti sizə təqdim edirik.

Elektriklə işləyən avtobilin idxalı artıb. Bu ilin yanvar-avqust aylarında Azərbaycana 7,697 mln. ABŞ dolları dəyərində 136 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib. Ölkəyə elektromobillərin idxalında ən böyük paya Böyük Britaniya malik olub. Hesabat dövründə bu ölkədən Azərbaycana 6,786 mln. dollar dəyərində 100 elektromobil gətirilib. Bunlar "Bakı Taksi Xidməti" MMC tərəfindən Böyük Britaniyanın "London EV" (LEVC) şirkətindən markalı aldığı avtomobillərdir. İdxalda ikinci olan ABŞ Azərbaycana 308,88 min dollarlıq 14 ədəd, üçüncü ən böyük elektromobil idxalçısı olan Almaniya isə 454,51 min dollar dəyərində 6 ədəd elektrikli nəqliyyat vasitəsi göndərib. Bu ölkələrini ardınca gələn Çin Azərbaycana 79,24 min dollarlıq 10 ədəd sözügedən nəqliyyat vasitəsi tədarük edib. Yaponiya öz növbəsində, ölkəyə 26,5 min dollarlıq 4 ədəd elektromobil ixrac edib. Bundan əlavə, bu növ nəqliyyat vasitələrinin Azərbaycana idxalında ən aşağı paya sahib olan Türkiyə və Koreyadan müvafiq olaraq 8,48 min dollar və 33,66 min dollar dəyərində bir ədəd (hər bir ölkədən) elektrikli nəqliyyat vasitəsi gətirilib.

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 11,979 mln. ABŞ dolları dəyərində 5 095,49 ton dəniz məhsulları idxal edilib. Cari ilin ilk səkkiz ayında ölkəyə 68 kateqoriya üzrə idxal olunan dəniz məhsullarından ən çox dondurulmuş şimal və cənub putassusu olub – 2,382 mln. dollar dəyərində 999,77 ton. Bu növ balıqlar əsasən Yeni Zelandiyadan idxal olunub. Ümumiyyətlə, hesabat dövründə təkcə bu ölkədən Azərbaycana 1 721,43 mln. dollar dəyərində 688,57 ton dondurulmuş putassu gətirilib. Dəniz məhsullarının idxalına görə ikinci yeri şirin suda yaşayan dondurulmuş balıq və nərələr tutub – 705,89 ton. Bu balıq növləri ölkəyə Rusiyadan gətirilib. İdxal edilən dəniz məhsullarının üçüncü yerində əsasən İslandiyadan idxal olunan dondurulmuş skumbriya qərarlaşıb – 593,16 ton.

Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi azalıb və bu ilin yanvar-sentyabr ayları ərzində  240 384,2 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə 150 278,92 min dollar və ya 38,5% azdır. Azərbaycandan İrana ixracın həcmi 30 076,8 min dollar təşkil edib ki, bu da illik müqayisədə 2 327,92 min dollar və ya 8,4% çoxdur. İdxalın həcmi isə 210 307,4 min dollara bərabər olub ki, bu göstərici illik müqayisədə 152 606,84 min dollar və ya 42% azalıb. Nəticədə, bu ilin doqquz ayında 180 230,6 min dollarlıq mənfi saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 154 934,76 min dollar və ya 46,2% azdır.

Lakin ölkəyə ən çox bal İrandan idxal olunub. Bu ilin yanvar-avqust aylarında bu ölkədən 71,26 min dollar dəyərində 35,6 ton bal gətirilib. Hesabat dövründə İranla birlikdə digər ölkələrdən ümumilikdə 234,42 min ABŞ dolları dəyərində 64,98 ton təbii bal idxal edilib. İdxalda ikinci yeri tutan Türkiyə isə 2020-ci ilin ilk səkkiz ayı ərzində Azərbaycana 92,75 min dollar dəyərində 17,56 ton bal tədarük edib. Azərbaycana ümumi təbii bal idxalında üçüncü ən böyük pay sahibi Rusiya olub. Yanvar-avqustda bu ölkədən Azərbaycana 34,82 min dollar dəyərində 7 ton təbii bal göndərilib.

Yanvar-sentyabr aylarında 155 min tonadək tomat ixrac olunub. İxrac edilən tomatın dəyəri 167,8 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə dəyəri 142,3 milyon dollar olmaqla 134,1 min ton tomat ixrac edilib.

Fındıq ixracı azalıb.  Bu ilin yanvar-sentyabr aylarında ölkədən 11,4 min ton meşə fındığı ixrac olunub. İxrac edilən meşə fındığının dəyəri 69,2 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin doqquz ayında dəyəri 88,8 milyon dollar olmaqla 16,4 min ton meşə fındığı ixrac edilib. 
 

Doqquz ayda xurma ixracı artıb. Bu ilin yanvar-sentyabr aylarında  21 min tonadək xurma ixrac edilib. İxrac edilən xurmanın dəyəri 15,7 milyon ABŞ dolları olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni aylarında dəyəri 20,5 milyon dollar olmaqla 27 min tondan çox xurma ixrac edilib.
 

Alma meyvəsinin ixracı kəskin azalıb. 9 ayda Azərbaycandan 37,6 min ton alma ixrac olunub. İxrac edilən almanın dəyəri 15,8 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə dəyəri 22,8 milyon dollar olmaqla 55,1 min ton alma ixrac olunub.

2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ölkəmizə Aşağıdakı məsulların idxalı artıb:
təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, mal əti 18,4%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8%, dərman vasitələri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 14,8%, qara metallardan çubuqlar 1,8 dəfə, məişət soyuducuları 3,1% artıb.

Həmin dövrlə müqayisədə aşağıdakı məsulların idxalı isə azalıb:
buğda idxalı 20,1%, xam şəkər və şəkər 0,4%, quş əti və onun əlavə məhsulları 9,9%, siqaretlər 78,9%, qara metallardan borular 12,7%, polad prokatı 7,7%, mineral gübrələr 5,7%, rezin şinlər 20,2%, məişət kondisionerləri 30,9%, mebellər 23,6%, yük avtomobilləri 13,4%, polietilen 27,5%, paltaryuyan maşınlar 11,1%, qara metallardan künclüklər 8%, avtobuslar 56,1%, sement və sement klinkerləri 27,1% azalıb.

İqtisadiyyat   Baxılıb: 1044   Tarix: 2020-10-26



DİGƏR MARAQLI XƏBƏRLƏR