Azərbaycanlı güləşçi AÇ-nin medal görüşündə erməni ilə üz-üzə

Azərbaycanlı güləşçi AÇ-nin medal görüşündə erməni ilə üz-üzə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı (AÇ) davam edir

gün yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (-60 kq), Kamran Məmmədov (-67 kq), Ülvi Qənizadə (-72 kq), Rafiq Hüseynov (-82 kq) və Orxan Nuriyev (-97 kq) mübarizəyə start verir.

İlk dörd idmançımızın rəqibləri artıq bəllidir. Yalnız Orxan Nuriyevin rəqibi bilinmir. O, 1/8 finalda Artur Şahinyan (Ermənistan) – Pontus Yuhan Lund (İsveç) cütünün qalibi ilə görüşəcək.

Bu gün həmçinin Bakı vaxtı ilə saat 19:00-da dünən mübarizəyə qoşulmuş üç idmançımız medal uğrunda mübarizə aparacaq. Bunlar dünya və Avropa çempionumuz Eldəniz Əzizli (-55 kq), Taleh Məmmədov (-63 kq) və İslam Abbasovdur (-87 kq). İlk iki idmançımız bürünc, İslam Abbasov isə qızıl medal görüşünə çıxacaq. Bunlardan Taleh Məmmədovun görüşü prinsipial olacaq. Belə ki, o, bürünc medal üçün Slavik Qalstyanı məğlub etməlidir.

Bundan başqa, bu gün təsəlliverici görüşlərə iki idmançımız qatılıb. Onlardan Elvin Mürsəliyev (-77 kq) dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə (1:2) uduzmaqla bürünc medal qazanmaq şansını itirib.

İran azərbaycanlısı olan güləşçimiz Sabah Şəriəti (130 kq) 1/8 finalda üçqat dünya, yeddiqat Avropa çempionu Rza Kayaalpa uduzsa da (0:5), tanınmış rəqibinin finala yüksəlməsi ilə onun da bürünc medal qazanmaq şansı yaranıb. Şəriəti ilk təsəlliverici görüşdə çətinlik çəkmədən Ante Milkoviçi (Xorvatiya) 10:2 hesabı ilə yenərək mübarizədən kənarlaşdırıb.

İdman   Baxılıb: 1068   Tarix: 2019-04-13



DİGƏR MARAQLI XƏBƏRLƏR