Böyük Britaniyanın reytinqini aşağı düşdü

Böyük Britaniyanın reytinqini  aşağı düşdü "Moody’s" reytinq agentliyi Böyük Britaniyanın emitentin uzunmüddətli kredit reytinqini "Aa2"dən "Aa3"ə endirib. Reytinq üzrə proqnoz isə "mənfi"dən "sabit"ə yüksəldilib.

 "Moody’s" buna səbəb olaraq ölkənin Avropa İttifaqından çıxması qərarı fonunda iqtisadi potensialın azalmasını göstərir. İqtisadi artımı əngəlləyən mühüm amillər içində isə Böyük Britaniya iqtisadiyyatına ciddi təsir göstərən COVID-19 pandemiyası əsas olaraq göstərilir. Reytinq üzrə "sabit" proqnoz ölkənin daxili iqtisadi və institusional gücünü, həmçinin agentliyin dövlət borcunun mövcud səviyyədə sabitləşəcəyini gözlədiyini əks etdirir.

Qeyd edək ki, "Moody’s" eyni zamanda İngiltərə Bankının da ("Bank of England") emitentin uzunmüddətli kredit reytinqini "Aa2"dən "Aa3"ə endirib.

İqtisadiyyat   Baxılıb: 1062   Tarix: 2020-10-19



DİGƏR MARAQLI XƏBƏRLƏR