BP Azərbaycandakı payını satıb gedərmi?

BP Azərbaycandakı payını satıb gedərmi? Dünyadakı iqtisadi ləngimədən, durğunluqdan sonra neft qiymətləri yenidən yüksəlsə belə BP şirkəti bir sıra ölkələrdəki aktivlərinin böyük bir hissəsini satmağa hazırlaşır.

Reuters agentliyi  BP-yə yaxın sayılan üç mənbəyə isitnadən verdiyi məlumata görə, belə bir strategiya BP-nin direktorlar şurasının iyul ayında keçirilən iclaslarından birində müzakirə olunub. Məlumatı verən mənbələr bildirirlər ki, BP neft qiymətlərinə dair proqnozunu bir barrel üçün 55 dollara endirib və bu, onun 17.5 milyard dollarlıq aktivlərini bundan sonra iqtisadi baxımdan sərfəsiz edib.

Agentlik yazır ki, yeni strategiya habelə BP-nin baş icraçı direktoru Bernard Looney-nin neft və qaz hasilatını 40 faiz və ya günə 1 milyon barrel azaltmaq, 2030-cu ilədək bərpa olunan enerji növləri sahəsini genişləndirmək planlarına da aydınlıq gətirir. Şirkət 2020 və 2025-ci illər arasında aktiv satışından 25 milyard dollar götürməyi planlaşdırır. Bunun 12 milyard dollarlıq hissəsi artıq alqı-satqı prosesindədir.

Reuters yazır ki, BP özünün aşağı karbonlu enerji mənbələrinə investisiyalarını 2030-cu ilədək 10 qat artıraraq hər ilə görə 5 milyard dollara çatdırmağı planlaşdırır. Bu investisiya çərçivəsində BP 10 il ərzində (2020-2030) 50 milyard dollar borcla (hər il üçün 5 milyard) yüksək gəlirli neft biznesindən aşağı gəlirli bərpa olunan enerjilərə keçir. Şirkət habelə bərpa olunan enerji növlərinin həcmini 20 qat artırmaq niyyətindədir. 

Belə dəyişiklik hazırda BP-nin mədən yanacağından aralanmasını istəyən investorlar üçün cazibədar görünə bilər, amma bu halda onlar daha az gəlir götürəcəklərinə hazır olmalıdırlar. Böyük neft şirkətləri adətən neft sahəsinə qoyduqları investisiyaların 12-15 faiz gəlirlə qayıtmasını gözləyirlər. BP bərpa olunan enerjilərə qoyduğu investisiyalardan 8-12 faiz gəlir gözləyir.

Rystad Energy firmasının təhlilçisi Parul Chopra mətbuata aşıqlamasında deyib ki, o BP-nin Anqoladan başqa, Azərbaycan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İraq kimi yerləri tərk edəcəyini gözləyir.

 

 

İqtisadiyyat   Baxılıb: 1038   Tarix: 2020-08-17



DİGƏR MARAQLI XƏBƏRLƏR