Bakıda 12 avtomobili əzən

Bakıda 12 avtomobili əzən Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen" markalı avtomobilin sürücüsü müəyyən edilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.

https://qaynarinfo.az

Kriminal   Baxılıb: 1091   Tarix: 2019-05-02



DİGƏR MARAQLI XƏBƏRLƏR