Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb Bakı Şəhər Statistika İdarəsindən məlumatına əsasən bu ilin yanvar ayında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 306,4 mln manat olub.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 203,7 mln manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 66,5 %-ini təşkil edib.

Bildirilib ki, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 35,6 % azalıb.

İqtisadiyyat   Baxılıb: 1058   Tarix: 2021-03-05



DİGƏR MARAQLI XƏBƏRLƏR