Bakıda elçilikdən sonra öldürülən qızın görüntüsü yayıldı - VİDEO

Bakıda elçilikdən sonra öldürülən qızın görüntüsü yayıldı - VİDEO Sabunçu rayonunun Balaxanı qəsəbəsində güllələnmə hadisə baş verib.

 

Sabunçu rayonunun Balaxanı qəsəbəsində güllələnmə hadisə baş verib.

ARB TV xəbər verir ki, Silahlı şəxs Qılman Salahov küçəsi 13 ünvanında üzünə qapını açan 58 yaşlı Esmira Cəfərovanı və qızı 17 yaşlı Aytən Cəfərovanı güllələyib və evi tərk edib.

Güllə səsinə gələn qonşular yaralıları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, qətli törədən 19 yaşlı Sabir Qədirovun ailəsi hadisə baş verən gün Cəfərovların evinə elçiliyə gəlib. Həri mərasimində qərarlaşdırıblar ki, nişan Ramazan ayından sonra olsun. Ancaq iki gənc arasında yaşanan mübahisə toyu vaya çevirib.

Mərhumun qohumu: "Nə olubsa ikisinin arasında olub. Bu gün hərisi verilib deyəsən. Sonra da götürüb tüfəngi güllələyib".

Güllələnmə baş verən ünvanda polis və prokurorluq əməkdaşları olublar. Hadisəni törətməkdə şübhəli bilinən Sabir Qədirov keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

Kriminal   Baxılıb: 1343   Tarix: 2018-06-01



DİGƏR MARAQLI XƏBƏRLƏR