Bakıda oğlan polisin keçirdiyi əməliyyat zamanı özünü binadan atıb – RƏSMİ

Bakıda oğlan polisin keçirdiyi əməliyyat zamanı özünü binadan atıb – RƏSMİ Şair Salam Sarvanın bacısı oğlunun ölümünün təfərrüatları məlum olub.

Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, AAAF Park yaşayış kompleksində yaşayan, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qəmbərov özünü yaşadığı binadan atıb.

M.Qəmbərovun ətrafında aparılan araşdırmalar zamanı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyənləşib. Evdə tək olan M.Qəmbərov polisin gəldiyini görüb və qaçmaq niyyəti ilə özünü eyvandan atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

ona.az

Kriminal   Baxılıb: 32   Tarix: 2019-05-07



DİGƏR MARAQLI XƏBƏRLƏR