Bakının baş planı belə görünəcək

Bakının baş planı belə görünəcək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planı layihəsinin hazırlanması prosesi çərçivəsində, qanunvericiliyin tələbinə uyğun olaraq, ictimai tanışlıq prosesinə başlanılır.

Komitənin sifarişi əsasında aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və aidiyyəti yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanmış Baş planın ilkin layihəsi ilə Komitənin rəsmi internet saytının ana səhifəsinin “Bakının baş planı” adlı bölməsində (https://arxkom.gov.az/bakinin-bas-plani) 60 gün müddətində tanış olmaq mümkündür.

Bakı şəhərinin Baş planının layihəsi ilə tanış olan hər kəs öz rəy və təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilər. Daxil olan bütün müraciətlər qeydə alınaraq sahə mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və Bakı şəhərinin Baş planının yekun layihəsinin hazırlanmasında nəzərə alınacaq. Həmçinin, növbəti iki ay ərzində Bakı şəhərinin Baş Planının hazırlanması işi çərçivəsində aidiyyəti qurumlar və ictimaiyyət tərəfindən təqdim edilmiş təkliflərin müzakirəsi məqsədilə bir sıra tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

Bakı şəhərinin Baş planının layihəsi paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir

İqtisadiyyat   Baxılıb: 1065   Tarix: 2020-10-12



DİGƏR MARAQLI XƏBƏRLƏR