Baku Medical Plazada xəstə öldü: Məhkəmə-Tibbi Ekspertiza həkim səhvi haqda rəy verəcək

Baku Medical Plazada xəstə öldü: Məhkəmə-Tibbi Ekspertiza həkim səhvi haqda rəy verəcək Son günlər klinikada ağır xəstə yatan Lətafət Şirəliyeva dünən gecə dünyasını dəyişib.

Bu barədə “Baku Medical Plaza”dan məlumat verilib. Klinikadan verilən məlumatda təəssüflə bildirilir ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib: Son günlər mətbuatda haqqında məlumatlar geniş yayılmış Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib. 1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır. 

afn.az

Sağlamlıq   Baxılıb: 1131   Tarix: 2019-05-07



DİGƏR MARAQLI XƏBƏRLƏR