Baltikyanı ölkələr Rusiya ilə ENERJİ HALQASI müqaviləsindən çıxdıqlarını bildirir

Baltikyanı ölkələr Rusiya ilə ENERJİ HALQASI müqaviləsindən çıxdıqlarını bildirir Bunun 2025-ci ilə qədər reallaşdırılması planlaşdırılır.

Litva, Latviya, Estoniya və Polşa enerji operatorları Litgrid, Augstprieguma tikls, Elering və PSE, Baltik enerji sistemini Avropa şəbəkələri ilə sinxronlaşdırmaq üçün layihənin ikinci mərhələsini maliyyələşdirmək üçün Avropa Komissiyasının İnnovasiya və Şəbəkələr İcra Agentliyi (INEA) ilə dəyəri 720 milyon avro olan razılaşma imzalayıblar. 

Bu razılaşma çərçivəsində Litva ilə Polşa arasında Harmony Link sualtı kabelinin inşası üçün 493 milyon avro ayrılacaq. Üç Baltikyanı respublikasında sinxron genişləndirici birləşmələrin quraşdırılması üçün daha 166,5 milyon avro ayrılacaq. Məbləğin qalan hissəsi Harmony Link bağlantısının inteqrasiyası üçün lazım olan Polşa şəbəkələrinin modernləşdirilməsi və inkişafı üçün Polşaya ayrılır.   

"Bu, Litvanın enerji müstəqilliyinə nail olmaq üçün ən vacib layihənin - Baltikyanı ölkələrin qitə Avropası şəbəkələri ilə sinxronizasiyasının həyata keçirilməsində bir başqa mühüm mərhələdir" deyə Litvanın Energetika Naziri Dainius Kreivis bildirmişdir.

Məlumat üçün bildirək ki, Belarusiya , Rusiya , Estoniya , Latviya və Litvanın  enerji sistemlərinin (50 Hz tək cərəyan tezliyində ) sinxron işləməsi üçün  7 fevral 2001-ci il tarixində EC BRELL (bu dövlətlərin adlarının ilk hərfləri ilə adlandırılır) yaradıldı və 5 dövlətin  elektrik xətlərinin biri - birilə əlaqələndirilərək şərti Elektrik Halqasına yaradılmışdı.

 

İqtisadiyyat   Baxılıb: 1148   Tarix: 2020-12-17



DİGƏR MARAQLI XƏBƏRLƏR