Beyin dalğaları ilə hərəkət edə bilən portativ maşın ixtira etdilər [VİDEO]

Beyin dalğaları ilə hərəkət edə bilən portativ maşın ixtira etdilər [VİDEO] Türkiyənin Muş vilayətində kompüter mühəndisliyi üzrə təhsil alan tələbələr beyin dalğaları ilə hərəkət edə bilən daşına bilən maşın yaradıblar.

 

Türkiyənin Muş vilayətində kompüter mühəndisliyi üzrə təhsil alan tələbələr beyin dalğaları ilə hərəkət edə bilən daşına bilən maşın yaradıblar.
Muş Alparslan Universitetinin Mühəndislik və Memarlıq fakültəsinin Kompüter Mühəndisliyi ixtisasının 4 tələbəsi Yasin Gültop, Mehmet Mutlu, Mert Alkınoglu və İbrahim Aydın fizika müəllimlərinin dərs zamanı izah etdiyi beyin dalğaları mövzusundan təsirlənərək bu layihə üzərində işləməyə başlayıbar.

Tələbələr heç bir uzaqdan idarəetmə pultu olmadan, tamamilə beyin dalğaları ilə hərəkət edə bilən maşını 3 aya və cəmi 1300 türk lirəsinə ərsəyə gətiriblər.

“Maşının hərəkəti ona yazılmış kodların köməyilə təmin edilir”
2-ci kursda oxuyan Mehmet Mutlu maşının xüsusiyyətləri haqqında bunları dedi:

Maşının şassesini su borularından düzəltdik və ona 6 ədəd motor yerləşdiridik. Maşına 200 sətir kod yazdıq. Maşını hərəkətə gətirmək üçün başa taxılan sensor cihazından istifadə edirik. Beyindən çıxan dörd dalğa ilə maşına diqqətimizi yetirən zaman onu irəli hərəkət etdiririk. Beynimizdə rəqəmlər düşündüyümüz zaman maşın geriyə hərəkət edir. Dayandırmaq üçün isə sadəcə heç bir şey fikirləşməməliyik.

 

Maşının kodları C proqramlaşdırma dilində yazılıb və maşının daxilindəki Ardunio yaddaşına yerləşdirilib. Başdakı sensor cihazı tərəfindən yığılan beyin dalğaları bluetooth vasitəsilə maşındakı Arduino-ya göndərilir və yazılan kodlar bu dalğaları toplayaraq maşını hərəkət etdirir.

“Bunu dostlarıma deyəndə mənə gülmüşdülər”
3-cü kurs tələbəsi İbrahim Aydın belə bir layihəni hazırlayacaqlarını danışan zaman dostlarının ona güldüyünü dedi:

Ancaq bu işi uğurla başa vurduq və layihəmizi Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatına (TÜBİTAK) təqdim edəcəyik. Bu işi inkişaf etdirmək üçün dəstək gözləyirik.

"Pilotsuz təyyarələrdə istifadə oluna bilər"
Layihədə tələbələrə məsləhətçilik edən Dr. Mehmet Eşref Alkış bu cihazların dünyada böyük marağa səbəb olduğunu qeyd edib:

Beyin həmişə müxtəlif tezlikli dalğalar buraxır və bu dalğalar düşüncədən asılı olaraq dəyişir. Bu müxtəlif dalğaların maşın və cihazları hərəkət etdirə bildiyini nəzərə alsaq, bu texnologiya inkişaf etdirilərək pilotsuz təyyarələr və iflic keçirmiş insanlar üçün istifadə oluna bilər

Texnologiya   Baxılıb: 1754   Tarix: 2018-05-08



DİGƏR MARAQLI XƏBƏRLƏR