Bitcoin dollar üçün təhlükədir?- Fed rəsmisi cavab verdi

Bitcoin dollar üçün təhlükədir?- Fed rəsmisi cavab verdi ABŞ Federal Ehtiyat Sistemi (Fed) St Louis Başçısı James Bullard, sürətlə yüksələn Bitcoin-i dollar üçün bir təhlükə olaraq görmədiyini söylədi.

Qlobal iqtisadiyyatın göründüyü qədər bir müddətdə dollar əsaslı olmağa davam edəcəyini vurğulayan Bullard, "Qızıl qiymətləri yüksəlsə və ya enərsə, Bitcoin'in qiyməti artar və ya azalar, bu vəziyyəti təsir etməz" deyərək bildirdi. 

Analitiklər, Bullardın Bitcoin tarixində ilk dəfə 50.000 dolları keçməsindən qısa müddət sonra bu mövzuda danışdığına diqqət çəkdi.

Bitcoin'in ümumi bazar dəyəri 912 milyard dollara yüksəldi. Beləliklə, JP Morgan Chase, Bank of America və Citigroup kimi nəhəngləri bazar dəyərinə görə ən yaxşı aktivlər siyahısında geridə qoyaraq doqquzuncu yeri tutdu.

 

İqtisadiyyat   Baxılıb: 1133   Tarix: 2021-02-18



DİGƏR MARAQLI XƏBƏRLƏR