Bitcoin rekord səviyyədə yüksəldi

Bitcoin rekord səviyyədə yüksəldi Bitcoin-in dəyəri tarixi maksimumu keçib - indi 44 min dollar olaraq qiymətləndirilir.

Belə bir kəskin sıçrayış dünyaca məşhur Elon Musk-ın sərmayələri sayəsində baş verdi. Belə ki, Tesla tərəfindən kriptovalyutaya 1,5 milyard dollar sərmayə qoyulmasından sonra bitkoinin dəyərində kəskin bir sıçrayış müşahidə edildi. Şirkət, yaxın gələcəkdə Bitcoin-i ödəniş kimi qəbul etməyi planlaşdırdığını da açıqladı. 

Xatırladaq ki, ən məşhur kriptovalyuta son bir neçə ayda (keçən ilin dekabrından bu yana) dəyər artmaqdadır. Bu müddət ərzində bitkoinin dəyəri təxminən iki dəfə artmışdır.

 

İqtisadiyyat   Baxılıb: 1030   Tarix: 2021-02-15



DİGƏR MARAQLI XƏBƏRLƏR