Britaniyada aviaşirkətlər karantinə görə hökuməti məhkəməyə verir

Britaniyada aviaşirkətlər karantinə görə hökuməti məhkəməyə verir IAG-in (British Airways-in səhmdarı) rəhbəri Uilli Uolş ölkəyə gələn xarici turistlər üçün iki həftəlik karantin tətbiq etmək barədə qərar qəbul etmiş Böyük Britaniya hökumətini məhkəməyə vermək imkanını nəzərdən keçirdiyini bildirib.

Məlumat üçün qeyd edək ki, Birləşmiş Krallığa daxil olan bütün şəxslər üçün məcburi 14 günlük karantin tətbiq ediləcək. Belə ki, yeni qaydalar bazar ertəsindən qüvvəyə minəcək, onların pozulmasına görə 1 min funt sterlinq məbləğində cərimə nəzərdə tutulub.

Aviaşirkətlər karantini xəstələnmə səviyyəsi Böyük Britaniyadan aşağı olan Avropa İttifaqı ölkələrindən gələnlərə şamil etməyi "məntiqsiz və səmərəsiz" addım kimi qiymətləndiriblər. Britaniyanın British Airways EasyJet və Ryanair aviaşirkətləri hökuməti  bu qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Şirkətlərin qənaətinə görə, çünki bu, hava əlaqəsinin bərpasından sonra aviasiya sənayesinə mənfi təsir göstərəcək. 

İqtisadiyyat   Baxılıb: 1033   Tarix: 2020-06-08



DİGƏR MARAQLI XƏBƏRLƏR